Yuxarı

Kamal Sunalla Tarık Akan niyə savaşmışdı?

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kamal Sunalla Tarık Akan niyə savaşmışdı?

Mərhum türk aktyoru Kamal Sunalla (Şaban) bu günlərdə vəfat edən digər əfsanəvi aktyor Tarık Akan küsülü olub.

Axar.az xəbər verir ki, bu haqda Tarık Akan müsahibələrindən birində danışıb. O, Kamal Sunal üçün çox darıxdığını bildirib:

"Kamalı çox sevirdim, yaxın dost idik. Heç vaxt aramızda dava-dalaş olmazdı, amma təəssüf ki, biz onunla incik ayrıldıq. İlk dəfə idi ki, aramızda ciddi söz-söhbət olmuşdu. Həmişə deyib-gülürdük, amma bu dəfə mən də çox ciddiləşdim, o da. Aramızdakı bağlar qopdu. Eyni masada küsülü otururduq artıq.

Kamal yaşasaydı, bunun davam etmə ehtimalı yox idi, barışacaqdıq. Bu, bir-birimizə verdiyimiz cəza idi. Onun üçün də, mənim üçün də çox vacib məsələ üstündə mübahisə etmişdik. Bu haqda indi danışmaq istəmirəm. Yaxşı tanıdığım bir adamın birdən-birə başqa tərəfə keçməsi mənə qəribə gəldi və onu bu məsələdə tənqid etdim. Tənqidlərimə dözməyib əsəbiləşdi. İkimizin də əsəbləri gərilincə danışmadıq. Kamal gözəl dost idi. Onun üçün çox darıxıram".

Qeyd edək ki, Kamal Sunal və Tarık Akan "Hababam sinfi" və başqa filmlərdə birgə rol alıblar.

Tarix
2016.09.19 / 14:45
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla