Yuxarı

“Kəklikotu”ya şok ittiham: başqa filmdən götürülüb...

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Kəklikotu”ya şok ittiham:

Kəklikotunu başqa bir bitki ilə əvəzləmək ideyası dəfələrlə istifadə olunub. Kino prinsipcə xoşuma gəldi, montaj və s. yaxşıdır, dinamik çəkilib. Sözün əsl mənasında filmə baxmaqdan zövq aldım. Aktyorlardan ən xoşuma gələn Müşfiq Şahverdiyevin rolu oldu. Düzü, Müşfiqi belə sərbəst oynayan görməmişdim.

Bu sözləri Kult.az-a açıqlamasında “Planet Parni iz Baku”nun ikinci rejissoru, ssenarist, aktyor Ələkbər Əliyev bu yaxınlarda təqdim olunan “Kəklikotu” filmi barədə danışarkən söyləyib. O bildirib ki, “Kəklikotu” kommersiya baxımından uğurlu film olsa da, bir sıra çatışmazlıqları var:

“Nigar Camalın yaratdığı obraz o qədər də uğurlu alınmayıb. Bu xanımın Azərbaycan dilində yaxşı danışa bilmədiyini bilirsinizsə, niyə öz səsi ilə efirə verirsiniz ki! Fikrimcə, həmin obrazı başqası səsləndirsə, daha yaxşı olardı. Ən azından mən belə edərdim. İslam Mehrəliyevin də obrazı xoşuma gəlmədi. İslamı yaxşı aktyor kimi tanıyıram. “Kəklikotu”nda canlandırdığı obraz çox süni alınıb”.

Ə.Əliyev bəzilərinin “güclü aktyor” anlayışını tənqid edib və ideyaların təkrarlanmasından gileylənib:

“Azərbaycanda son dövrlərdə çəkilən filmlərin əksəriyyətində demək olar ki, eyni adamlar oynayır. Təəssüf ki, aktyorlarımızın əksəriyyəti aktyorluğu klounluq kimi qəbul edirlər. Yəni adam çıxıb sözü əyri deyəndə onu gülməli qəbul edirlər. Deyirlər ki, çox güclü oynadı və s. Düşünürəm ki, güclü aktyorluq tamam başqa şeydir. Əfsus ki, aktyorlarımız bunu hələ başa düşmürlər. Şübhəm yoxdur ki, “Kəklikotu” xeyli gəlir götürəcək, çünki sırf kommersiya filmidir.

Ssenaridə məni ən çox təəccübləndirən heç bir orijinal ideyanın olmaması idi. Bütün ideyalar başqa filmlərdən götürülüb və birləşdirilib. Bir çox məqamları heç uyğunlaşdıra bilməyiblər. Filmdəki istənilən gülməli hissənin hansından götürüldüyünü deyə bilərəm. Filmdə Brus Li ilə bağlı bir səhnə var. Eyni situasiya “Ağanatiq” filmində də var idi. Ona görə narahat oluram ki, bizim müəlliflər köhnə ideyaları istifadə edirlər. Bu, müəyyən həddə qədər ola bilər, amma nə vaxta qədər belə davam edəcək? Bəs iki-üç filmdən sonra neyləyəcəklər? Ona görə də üstünlüyü yeni ideyalara verirəm”.

Qeyd edək ki, dekabrın 22-də “Kəklikotu” filminin təqdimat mərasimi keçirilib.

Tarix
2017.12.26 / 12:35
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Zelenskinin Qəbələ səfərinə Rusiyadan ikili yanaşma

“Son zəng” qadağaları: Uşaqlardan bu fərəhi niyə alırsınız?

Andrey Babiş Azərbaycana gəldi

Neft məhsullarının Ermənistana ixracı... - Prezident

İlham Əliyev beynəlxalq mükafata layiq görüldü

Azərbaycan bu ölkəni təbrik etdi

Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur

İlham Əliyev ABŞ-dakı atışma ilə bağlı paylaşım etdi

Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi?

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla