Yuxarı

Yeni baş nazirimiz “Fransız” filmində - Video

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni baş nazirimiz “Fransız” filmində - Video

Bu gün baş nazir postuna təyin edilən Novruz Məmmədov fərqli və unikallığı ilə tanınır. O, Vaqif Mustafayevin “Fransız” filmində də aktyor kimi yer alıb.

Kult.az xəbər verir ki, 1995-ci ildə istehsal olunmuş filmdə Novruz Məmmədov məsləhətçi obrazını yaradıb.

Avropadan qayıdandan sonra öz milli adət-ənənələrimizə yuxarıdan aşağı baxan həmvətənlərimiz haqqında olan filmin baş qəhrəmanı Əlibala (aktyor Fərman Şəkili) azərbaycanlı olduğunu danır və fransızca danışmağa başlayır, özünü fransız hesab edir.

N.Məmmədov isə filmdə fransa sevgisi ilə yaşayan Əlibalaya Eyfel qülləsinin maketini hədiyyə edir. Bir neçə dəqiqəlik rolda N.Məmmədov filmin baş qəhrəmanı ilə görüşüb ona hədiyyəsini təqdim edərkən fransız dilində bir neçə kəlmə də deyir.

Məlumat üçün bildirək ki, N.Məmmədov Azərbaycan Pedaqoji Dillər İnstitutunun Avropa dilləri fakültəsinin fransız dili şöbəsində çalışıb. 1993-1997-ci illərdə isə fransız dili fakültəsinin dekanı vəzifəsində işləyib. 1995-ci ildən 1997-ci ilə qədər isə Heydər Əliyevin fransız dili tərcüməçisi olub.

Tarix
2018.04.21 / 13:34
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla