Yuxarı

İbrahimbəyov filmi niyə bu şəkildə çəkib? - Açıqlama

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rüstəm İbrahimbəyovun filminı baxdım və buna görə də rahat mülahizə yürüdə bilərəm.

Axar.az xəbər verir ki, bu sözləri beynəlxalq hüquq üzrə professor, ekspert Fərhad Mehdiyev qeyd edib.

“İfadə azadlığı ən geniş formada incəsənət və bədii əsərlərdə ortaya çıxır. Lakin Rüstəm İbrahimbəyovun bu kinosu həqiqətə uyğun olmayan, çarpıdılmış səhnələr əks etdirir. Bu film Azərbaycan dilində çəkilsəydi, mən İbrahimbəyovu qınamazdım. Lakin rus dilində çəkilməsi və mesajın dünyaya verilməsi, həqiqətə uyğun olmayan səhnələri əks etdirməsi səbəbilə bütün tolerantlığıma baxmayaraq, filmi qərəzli və uğursuz hesab edirəm”, - professor qeyd edib.

F.Mehdiyev filmdə əksini tapan uydurmaları belə qruplaşdırıb:

“1. Divardan baxan və Timuru quyu daşlayan uşaq tipi – belə bir uşaq tipi bizdə tapılası deyil. Doğrudur, uşaqlarımızda ermənilərə qarşı kin və nifrət yetişdirilir, amma bu qədəri artıqdır, uydurmadır.

2. Qonşuların Fərhad Ağayevin evinin ətrafını sarması və ermənini tələb etməsi bir uydurmadır. Bizdə xeyli şəxsin arvadı təmiz erməni, ya da metisdir. Heç kəs onlara ilişib-toxunmur.

3. Fərhad Ağayevin evinin çıxışıda qonşuların tökülüşüb gürcünü döyməsi səhnəsi də qərəzlidir. Bizim xalqda bu cür şücaət olsaydı, Bakıda xeyli erməni bu gün üçün yaşamazdı.

4. Nəhayət, gömrükdə işləyən Sərhəd Xidməti zabitinin Eduarda qapalı otaqda yumruq atması da qərəzli, yersiz və uğursuz bir səhnədir”.

F.Mehdiyev Rüstəm İbrahimbəyovun bu filmi və səhnələri bu şəkildə çəkməsinin səbəbləri haqqında bildirib ki, o, cavanlığını “beynəlmiləl şəhər” olan Bakıda keçirib, xeyli xeyli erməni dostu olub:

“Sonra İbrahimbəyov köçdü Moskvaya, orda onun “beynəlmiləlliyi” davam etdi. Aydın olur ki, İbrahimbəyov ermənilərdən, ümumiyyətlə, nifrət etmir.

İbrahimbəyov YAP hökumətindən küsülüdür. Amma, deyəsən, İbrahimbəyov müxalifət düşərgəsindən də küsüb. Di adama deyərlər ki, sığındığın Putin Rusiyası nə qədər demokratikdir? Xalqı nə qədər mübarizdir?

Nəhayət, erməni-azərbaycanlı qarşıdurmasında Rusiyanın heç mi rolu yoxdur?”

Qeyd edək ki, Rüstəm İbrahimbəyov “Qafqaz üçlüyü” adlı film çəkib. Filmdə azərbaycanlılar vəhşi, qəddar, mədəniyyətsiz, ermənilər isə alicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunub.

Tarix
2018.05.24 / 12:11
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla