Yuxarı

“Müdriklik yarışı” başladı: İbrahimbəyova qarşı...

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Müdriklik yarışı” başladı: İbrahimbəyova qarşı...

İndi də müdriklik yarışı başlayıb ki, guya Rüstəm İbrahimbəyova qarşı kampaniya aparılır.

Kult.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa qeyd edib. O bildirib ki, əslində kampaniyaçılıq barədə deyilənlər Əkrəm Əylisliyə qarşı qismən də olsa aid edilə bilər:

“Çünki bizlər kitab oxuyan cəmiyyət olmasaq da, film seyr etməyi hamıdan çox sevirik. Əkrəm Əylislini böyük əksəriyyət oxumadan mühakimə etdi, ancaq Rüstəm İbrahimbəyovun yazdıqlarını oxumasaq da, filmə çəkdiklərini seyr etdik və şəhadət gətirdik ki, adam erməni ilə azərbaycanlının bir çox epizodlarda müqayisəsini verib və vəhşi azərbaycanlılarla mərhəmətli erməniləri ayrı-ayrı obrazlar vasitəsilə dünyaya tanıtmağa çalışıb. İstənilən şəxsə bu filmi detallarına qədər xırdalaya və bunun məqsədyönlü şəkildə Azərbaycana qarşı düşünülən bir ssenari olduğunu isbatlaya bilərəm”.

Millət vəkili vurğulayıb ki, xalqı, onun ayrı-ayrı personajlarını tənqid etmək əlbəttə olar:

“Mentalitetimizin yanlışlıqları ilə bağlı onlarla tablonu çılpaq şəkildə ədəbi mətndə yerləşdirmək hər bir istedadlı və vicdanlı yazarın borcu sayılmalıdır. Lakin erməni ilə müqayisə zəminində azərbaycanlı bir uşağın qatil kimi təqdim olunması və bu cür süjetin digər epizodlarda da təkrarlanması başqa bir təbliğatdan xəbər verir və bunu kampaniyaçılıq adı ilə malalamaq olmaz”.

Qeyd edək ki, Rüstəm İbrahimbəyov “Qafqaz üçlüyü” adlı film çəkib. Filmdə azərbaycanlılar vəhşi, qəddar, mədəniyyətsiz, ermənilər isə alicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunub.

Tarix
2018.05.26 / 16:10
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

Bayramov Polşada mühüm konfransda iştirak etdi

Prezident bu ölkədəki səfirimizi geri çağırdı

Bayramov Polşada Radoslav Sikorski ilə görüşdü

Azərbaycan Venesuelaya başsağlığı verdi

Pezeşkianın Pakistandakı hərəkətinə gülənlərə... – Video

İlham Əliyev Nataşa Pirts Musarı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla