Yuxarı

“Əlvida, Smidt” filminin çəkilişlərinə başlanılır

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Əlvida, Smidt” filminin çəkilişlərinə başlanılır

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası nəzdində fəaliyyət göstərən “Mozalan” studiyasında Mədəniyyət Nazirliyinin sifarişi ilə yeni bədii filmin çəkilişlərinə start verilib.

Kult.az xəbər verir ki, “Əlvida, Smidt” adlanan film Azərbaycanda almanların məskunlaşmasının 200 illiyinə həsr edilib. Ekran əsərində Azərbaycanda dünyaya gələn alman Emil Smidtin başına gələn hadisələrdən bəhs olunacaq. O öz sevgi və xoşbəxtliyini burada tapır.

Tragikomediya janrında çəkiləcək ekran əsərində hadisələr Göygöl (keçmiş Helenendorf) ərazisində cərəyan edir. Film dostluq, vətənə sevgi, multikultural və turizm mövzularını özündə əks etdirəcək.

Filmin çəkilişləri bu günlərdə başlanacaq. Xalq artisti Rasim Balayevin 70 illiyi münasibətilə ilk çəkiliş günündə, avqustun 7-də aktyorun da filmdə çəkilişi nəzərdə tutulub. Filmin premyerası 2019-cu ildə olacaq. Qeyd edək ki, həmin il alman icmasının Azərbaycanda məskunlaşmasının 200 ili tamam olacaq.

Filmin quruluşçu rejissoru Əli-Səttar Quliyevdir. Ekran əsərinin quruluşçu operatoru Nadir Mehdiyev, ikinci rejissoru Akif Rüstəmov, ssenari müəllifi Rüstəm Babazadə, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı İsfar Sarabski, icraçı prodüseri Tərlan Babayevdir. Əsas obrazları Əməkdar artist Rasim Cəfər, aktyorlar Azər Aydəmir və Gürcüstanın A.S.Qriboyedov adına Tbilisi Dövlət Akademik Rus Dram Teatrından dəvət olunmuş aktrisa Məryəm Kitiya ifa edəcək. Filmdə həmçinin Xalq artistləri Şamil Süleymanlı, Qurban İsmayılov və əməkdar artist Zemfira Sadıqova rol alıb.

Tarix
2018.08.02 / 16:04
Müəllif
Kult.az
Digər xəbərlər

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla