Yuxarı

Rac Kapurun kinostudiyası satışa çıxarıldı

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rac Kapurun kinostudiyası satışa çıxarıldı

Məşhur hind aktyoru və rejissoru Rac Kapurun ailə üzvləri onun 70 il bundan əvvəl Mumbay şəhərində əsasını qoyduğu “RK Studios” şirkətini satmaq qərarı qəbul ediblər.

Kult.az xəbər verir ki, bu barədə “Tayms of İndia” informasiya yayıb.

Məlumatı Rac Kapurun böyük oğlu, aktyor, rejissor və prodüser Rahdhir Kapur təsdiqləyib.

“Həqiqətən belə bir qərar qəbul edilib. Studiyanın yerləşdiyi bütün ərazini satırıq. Bu qərar boş yerə qəbul edilməyib. Bildiyiniz kimi, ötən il studiyada yanğın baş verib və biz bir neçə müddət oranın bərpası barədə düşündük. Lakin studiyanın bərpası üçün tələb olunan məbləğ həddən artıq böyük oldu”, - aktyorun oğlu deyib.

Xatırladaq ki, hind filminin əfsanəsi sayılan Rac Kapurun studiyasında ötən ilin sentyabrında yanğın baş vermişdi.

Tarix
2018.08.27 / 15:11
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

Konqresdən Bakıya erməni müraciəti - MM-in cavabı

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Beynəlxalq konfransın iştirakçıları Laçında...

Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla