Yuxarı

Atatürklə bağlı filmə çəkilən aktrisamızdan xatırlatma – Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Atatürklə bağlı filmə çəkilən aktrisamızdan xatırlatma – Foto

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürklə bağlı filmdə yer alan azərbaycanlı aktrisa Məlahət Abbasova 10 noyabr - Atatürkü anma günündə maraqlı paylaşım edib.

Kult.az xəbər verir ki, sevilən aktrisamız filmdə Atatürkün bacısı Makbuləni canlandırdığını xatırladıb.

M.Abbasova bununla bağlı bildirib: “Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün həyatından bəhs edən və dəyərli sənət adamı Zülfü Livanelinin qələmə aldığı “Vida” filmində Atatürkün bacısı Makbulə obrazına seçilməyim və oynamağım mənim üçün böyük bir şərəfdir. Bəlkə də kiçik bir roldur. Amma Atatürkün bacısı roluna yüzlərlə aktrisanın içindən azərbaycanlı sənət adamı olaraq mənim seçilməyim həyatımda oynadığım çox gözəl rollarımın önünə keçdi. Və Ulu öndərin bacısı Makbulə sənət yaradıcılığımda mənim üçün özəl bir yer tutdu”.

Qeyd edək ki, film 2010-cu ildə çəkilib.

Tarix
2018.11.12 / 00:00
Müəllif
Aytac Araz
Digər xəbərlər

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

Konqresdən Bakıya erməni müraciəti - MM-in cavabı

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Beynəlxalq konfransın iştirakçıları Laçında...

Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla