Yuxarı

Baş nazirdən qərar: Ocaqovun xatirəsi əbədiləşdirildi

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş nazirdən qərar: Ocaqovun xatirəsi əbədiləşdirildi

Nazirlər Kabineti kino sənətinin görkəmli nümayəndəsi, tanınmış kinorejissor və operator, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Ocaqovun xatirəsinin əbədiləşdirilməsi haqqında qərar imzalayıb.

Report xəbər verir ki, baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzinə Xalq artisti Rasim Mirqasım oğlu Ocaqovun adı verilib.

Şəki Şəhər İcra Hakimiyyətinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, Rasim Ocaqov məşhur "Tütək səsi" (1975), "Ad günü" (1977), "İstintaq" (1979), "Bağlı qapı" (1981), "Park" (1984), "Özgə ömür" (1987), "Ölsəm, bağışla" (1989), "Qətldən yeddi gün sonra" (1991), "Təhminə" (1993), "Həm ziyarət, həm ticarət" (1995), "Otel otağı" kimi filmlərin rejissorudur. O, eyni zamanda bir sıra ekran əsərlərində operator, bədii rəhbər, ikinci rejissor kimi çalışıb.

Tarix
2018.11.24 / 01:05
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycan buna görə Vyetnama minnətdardır - Əliyev

İlham Əliyev Vyetnamın VNA agentliyinə müsahibə verdi

Sülh üçün Konstitusiya dəyişməlidir – Simonyan

İrəvan 200-dən çox kütləvi məzarlığın yerini açıqlamalıdır!

Simonyan Azərbaycana gəlir

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla