Yuxarı

Bakıda İtaliya-Azərbaycan Kinofestivalı keçiriləcək

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda İtaliya-Azərbaycan Kinofestivalı keçiriləcək

2019-cu il yanvarın 25-dən 30-dək Bakıda Beynəlxalq İtaliya-Azərbaycan Kinofestivalı keçiriləcək. Kinosevərlər festival çərçivəsində dünyanın həm gənc, həm də tanınmış rejissorlarının filmlərinə tamaşa edə biləcəklər. Tədbirin keçirilməsində əsas məqsəd gənc istedadların üzə çıxarılması və müxtəlif ölkələrin rejissorları arasında təcrübə mübadiləsidir. Festival Azərbaycan Mədəniyyət Nazirliyi, “Imago Group” kino şirkəti, “Sandro Teti Editore” nəşriyyat evi və “United Cultures” təşkilatının təşkilati dəstəyi ilə keçiriləcək.

Kult.az xəbər verir ki, bu məlumatı jurnalistlərlə “Landmark” otelində keçirilən görüşdə festivalın təşkilatçıları - tanınmış italyan kinorejissoru Rossi Massimi və “Imago Group” kino şirkətinin təmsilçisi Luçiya Maçaleni bölüşüblər.

Görüşdə vurğulanıb ki, kinofestival Azərbaycan və İtaliya arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə olacaq.

Qeyd olunub ki, bu formatda festival ilk dəfədir keçirilir. Tədbir çərçivəsində, həmçinin məşhur rejissor və aktyorlarla görüşlər, ustad dərsləri də nəzərdə tutulub. Festivalda iştirak etmək üçün [email protected]. elektron ünvanında qeydiyyatdan keçmək lazımdır.

Görüşün sonunda Rossi Massiminin “Antonio sindromu” filmi nümayiş etdirilib.

Tarix
2018.11.27 / 22:00
Müəllif
Kult.az
Digər xəbərlər

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

Konqresdən Bakıya erməni müraciəti - MM-in cavabı

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Beynəlxalq konfransın iştirakçıları Laçında...

Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla