Yuxarı

Polad Ələmdarın yeni serialı başlayır

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polad Ələmdarın yeni serialı başlayır

Türkiyənin ən reytinqli seriallarının başında gələn "Qurdlar Vadisi” ("Kurtlar Vadisi”) daha olmayacaq.

Oxu.az xəbər verir ki, "Qurdlar Vadisi Pusqu”nun ("Kurtlar Vadisi Pusu”) ardından "Kurtlar Vadisi Kaos”un ("Qurdlar Vadisi Xaos”) başlayacağı deyilsə də, bu, baş tutmayacaq.

Əvəzində isə serialın baş qəhrəmanı və ssenari müəlliflərindən olan, "Polat Ələmdar” rolunu canlandıran Necati Şaşmaz ekranlara yeni serialla gəlir. Yeni serialın adı "Növbə 7/24” ("Nöbet 7/24”) olacaq.

Artıq serialın ilk bölümü üçün çəkiliş məkanı müəyyənləşdirilib. Antalyada çəkilən serial Türkiyə əsgərlərindən bəhs edən "Sakarya Fırat” tipli serialdır. Serialın dəqiq hansı tarixdə efirdə olacağı bilinməsə də, yanvarda "Show TV” ekranlarında görünəcəyi dəqiqdir.

"Kurdlar Vadisi Pusu”da Polat Ələmdarın sağ qolu "Cahit” obrazını canlandıran Cahit Kayaoğlu burada kapitan Murat Soylu, "Komandir Yasin” kimi tanıdığımız Ərtuğrul Şakar isə baş çavuş Vedat Ləbləbici obrazında serialda görünəcək.

Məşhur müğənni Orhan Gəncəbayın oğlu Gökhan Gəncəbay ilk dəfə bir seriala məhz burada çəkiləcək. Onun leytenant Oğuz Bərhudar rolunda görünəcəyi deyilir.

Bundan başqa, serialda Sayqın Soysal, Tuncay Bəyazıt, Dəniz Bolışık, Kürşat Alnıaçık, Yurdaer Okur, Kaan Sevi və İbrahim Kəndirci kimi güclü aktyorların yer alacağı açıqlaması verilib.

Tarix
2019.01.03 / 22:31
Müəllif
Kult.az
Digər xəbərlər

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

Qardaş ölkə Ermənistana səfir göndərdi - İlk dəfə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla