Yuxarı

Arzu Əliyevanın filmi Avropa Şurasında - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arzu Əliyevanın filmi Avropa Şurasında - Foto

Strasburqda Avropa Şurasının mənzil-qərargahında Heydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilmiş “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilib.

Azərtac xəbər verir ki, Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəliyinin təşkilatçılığı və Bakı Media Mərkəzinin dəstəyi ilə reallaşmış təqdimatda diplomatik korpus və təşkilatın əməkdaşları, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri Fəxrəddin İsmayılov ölkəmizin diplomatik xidmət orqanlarının yaranması tarixindən və qısa müddətdə gördüyü işlərdən danışıb. O, “Əbədi ezamiyyət” sənədli filmi barədə məlumat verərək bildirib ki, ekran əsəri Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq miqyasda tanıdılması məqsədilə 1919-cu ilin yanvarında parlamentin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh konfransına ezam olunmuş nümayəndə heyətinin taleyindən bəhs edir. Ekran əsəri xalqımızın dünyəvi və demokratik dəyərlərə XX əsrin əvvəlindən sahib olduğunu göstərir.

Sənədli filmin nümayişi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Sonda tədbir iştirakçılarına İRS jurnalının Azərbaycan diplomatiyasının 100 illik yubileyinə həsr olunmuş xüsusi nömrəsi təqdim edilib.

Tarix
2019.07.05 / 11:32
Müəllif
Kult.az
Digər xəbərlər

Türk gəmisi vuruldu: 22 ekipaj üzvü...

Agentlik sədri bu şöbə müdirlərini işdən çıxartdı

Azərbaycanla möhkəm münasibətlər qurmalıyıq - Zelenski

PKK Türkiyə sərhədindən çəkildi: bu ölkəyə hücuma keçir?

Zakir Həsənov hərbi attaşelərlə görüş keçirdi

Ceyhun Bayramov yeni səfirlə görüşdü

2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub

Azərbaycana düşmən olanı Bakıya kim gətirir?

Kartlarla bağlı limit: İstisna hallar olacaq - Deputat

Azərbaycan XİN Pakistana başsağlığı verdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla