Yuxarı

Rusiyadan Tağıyevə cavab: Qarabağda film çəkilişi...

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadan Tağıyevə cavab: Qarabağda film çəkilişi...

Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi Moskvadakı Azərbaycan İcmasının erməni kinorejissor Robert Def və rusiyalı kinorejissor Rano Kubayevanın işğal altındakı Dağlıq Qarabağda “Valter” filminin çəkilişləri ilə bağlı planlarına etiraz əlaməti olaraq etdikləri müraciətə cavab verib.

Bu barədə APA-ya Moskvadakı Azərbaycan İcmasının sədri Şamil Tağıyev məlumat verib. Onun sözlərinə görə, avqustun 6-da onun tərəfindən Rusiyanın Mədəniyyət naziri Vladimir Medinskiyə ünvanlanan müraciətə avqustun 30-da cavab verilib: "Mədəniyyət Nazirliyindən daxil olan məlumatda bildirilir ki, “Veqa film" şirkətinin "Valter" adlı filmində siyasi xarakter haqda müraciətlərə baxılıb. Rusiya Mədəniyyət Nazirliyinin Kinematoqrafiya Departamentinin Ekspertlər Şurasının iclasının 15.08.2019 tarixli yekun protokoluna əsasən, "Valter" filinin (rejissorun ilk tammetrajlı filmi) 2019-cu ilin rezervinə daxil edilməsi tövsiyə olunub".

Qeyd edək ki, avqustun 6-da Moskvanın Azərbaycan İcmasının sədri Şamil Tağıyevin adından Rusiyanın Mədəniyyət naziri Vladimir Medinskiyə ünvanlanan müraciətdə erməni və rusiyalı kinorejissorların Dağlıq Qarabağda fransalı aktyor Bibi Naserinin baş rol alacağı filmi çəkməklə bağlı planları qəti şəkildə pislənilib. Onlar tərəfindən atılacaq bu addım beynəlxalq hüquq normalarının, Azərbaycanın qanunvericiliyinin və Rusiya ilə Azərbaycan arasında mövcud olan çoxsaylı müqavilələrin kobud şəkildə pozulmasıdır. Kinokompaniya və Rusiya Mədəniyyət Nazirliyinin aktyorlarına bu düşünülməmiş addıma diqqət yetirməyi və filmin sifarişçiləri tərəfindən olan təxribatın qarşısını almağı xahiş edirik”, - deyə, müraciətdə bildirilib.

Tarix
2019.08.31 / 15:47
Müəllif
Kult.az
Digər xəbərlər

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

Qardaş ölkə Ermənistana səfir göndərdi - İlk dəfə

Qarabağa səfərlərin təşkili mühüm əhəmiyyətə malikdir

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

Trampın Ukrayna uğursuzluğunun səbəbi - Səfir açıqladı

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla