Yuxarı

“Emmi” uğrunda “Çernobıl” və “Taxt oyunları” yarışdı

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Emmi” uğrunda “Çernobıl” və “Taxt oyunları” yarışdı

“Taxt oyunları” serialının son sezonu və “Çernobıl” serialı ABŞ-ın ən prestijli televiziya mükafatına - “Emmi”yə sahib olub.

Kult.az xəbər verir ki, “Taxt oyunları” ən yaxşı dramatik serial nominasiyasında qalib seçilib. Bu nominasiyada serial “Ən yaxşısı Solaya zəng edin”, “Həvvanı öldürərkən”, “Ozark”, “Mühafizəçi”, “Varislər”, “Bu bizik” filmləri ilə rəqabət aparıb. Serial ümumilikdə 32 nominasiya üzrə namizəd göstərilib.

“Çernobıl” serialı isə 19 nominasiyada namizəd olmaqla yalnız “Taxt oyunları”ndan geri qalıb. Sovet İttifaqı tarixinin ən böyük faciələrinin birindən bəhs edən film 3 kateqoriya üzrə “Emmi” mükafatına layiq görülüb. Belə ki, “Çernobıl”- “ən yaxşı mini serial”, “mini filmin və ya serialın rejissor işi”, “mini serialın və ya filmin ssenarisi” nominasiyalarında hər kəsi qabaqlayıb.

Tarix
2019.09.23 / 10:37
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Sülh üçün Konstitusiya dəyişməlidir – Simonyan

İrəvan 200-dən çox kütləvi məzarlığın yerini açıqlamalıdır!

Simonyan Azərbaycana gəlir

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla