Yuxarı

TV-lərdəki bu bayağılıq bizi narahat edir - MTRŞ sədri

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
TV-lərdəki bu bayağılıq bizi narahat edir - MTRŞ sədri

Özəl televiziya kanallarında verilişlərin bayağılığı, süniliyi Milli Televiziya və Radio Şurasının sədri kimi məni çox narahat edir.

Kult.az Report-a istinadən xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Azərbaycan radiosunun yaranmasının 93 illiyinə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, özəl televiziya kanallarında baş verən nöqsanlar daha çox reytinq xatirinə görə olur: "Çox təəəssüflər olsun ki, reytinq xatirinə fəaliyyət çox ciddi səhvlərə gətirib çıxarır. Özəl televiziya kanallarında verilişlərin bayağılığı, süniliyi Milli Televiziya və Radio Şurasının sədri kimi məni çox narahat edir. Özəl televiziya kanallarında yayımlanan seriallarda Azərbaycan ailəsi çox təhrif olunmuş formada təqdim olunur. Bütün bunlar, təbii ki, bizi narahat edir".

"Elə təəssürat yaratmasın ki, Azərbaycanda televiziya və radio sahəsində hər şey normaldır. Özəl televiziyaların yayım siyasəti tamamilə kommersiya maraqlarına xidmət edir. Dövlət büdcəsindən maliyyələşən televiziyaların fəaliyyətində isə əsas dövlətin daxili və xarici siyasətinin təbliğatı, xalqın dəyərlərinin, Azərbaycanın ədəbi dilinin qorunub saxlanılması, inkişaf etdirilməsi və s məsələlər dayanır. Bunlar özəl kanalların fəaliyyətində özünü ciddi göstərmir", deyə N.Məhərrəmli əlavə edib.

Tarix
2019.11.04 / 20:26
Müəllif
Kult.az
Digər xəbərlər

Türk gəmisi vuruldu - Təcili

Azərbaycanla möhkəm münasibətlər qurmalıyıq - Zelenski

PKK Türkiyə sərhədindən çəkildi: bu ölkəyə hücuma keçir?

Zakir Həsənov hərbi attaşelərlə görüş keçirdi

Ceyhun Bayramov yeni səfirlə görüşdü

2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub

Azərbaycana düşmən olanı Bakıya kim gətirir?

Kartlarla bağlı limit: İstisna hallar olacaq - Deputat

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Bakı və Bişkekin 200 milyon dollarlıq birgə fondu...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla