Yuxarı

“Alı zirvəsi” təqdim edildi - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Kino Mərkəzində Azərbaycan Mədəniyyət Nazirliyinin və Regional Hüquqi və İqtisadi Araşdırmalar İctimai Birliyinin təşkilatçılığı ilə tanınmış jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin xatirəsinə həsr edilmiş "Alı zirvəsi" filminin təqdimatı keçirilib.

Kult.az xəbər verir ki, Qarakənd faciəsinin ildönümündə təqdim edilən filmin təqdimat mərasimində ilk olaraq, “Azərbaycanfilm" kinostudiyasının direktoru Cəmil Quliyev çıxış edərək vətənimizin bütövlüyü və müdafiəsi uğrunda şəhid olmuş qəhrəmanlar haqqında filmlər çəkilməsinin vacibliyini bildirib. Qeyd edib ki, bu cür filmlər gələcək nəsil üçün mühüm əhəmiyyət daşıyır.

Regional Hüquqi və İqtisadi Araşdırmalar İctimai Birliyinin rəhbəri Arzu Bağırova çıxışında Alı Mustafayevin xatirəsinə həsr edilmiş filmin ictimaiyyətə təqdim edilməsinə dəstək olduqları üçün məmnuniyyət duyduğunu ifadə edib. Bildirib ki, rəhbərlik etdiyi təşkilat yarandığı gündən maarifləndirici layihələrə dəstək verməklə yanaşı, şəhid ailələri, qazilərimizlə görüşərək onlara diqqət ayırır, gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi önəm verir.

Daha sonra filmin rejissoru və ssenari müəllifi Kəmalə Musazadə Birinci Qarabağ müharibəsində Qazaxın sərhəd bölgəsində qanlı döyüşlərin getdiyini xatırladıb, həmin bölgənin əhalisinin vətənin müdafiəsində fəal olduqlarını bildirib. Onun sözlərinə görə, 2011-ci ildən etibarən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsi, "Yaddaş" və "Salnamə" kinostudiyalarının dəstəyi ilə milli qəhrəmanlarımızın həyat və döyüş yoluna həsr edilmiş 90 film çəkilib və bu cür filmlərin çəkilişi ilin sonunadək davam edəcək.

Tanınmış şair, ziyalı Nəriman Həsənzadə tədbirdə çıxış edərək Alı Mustafayev barədə ərsəyə gələn filmə görə təşəkkür edib və onunla bağlı xatirələrini bölüşdü.

Daha sonra Milli Məclisin deputatı, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri Qənirə Paşayeva 1991-ci il noyabrın 20-də Qarakənd səmasında erməni işğalçıları, erməni silahlıları tərəfindən vurulmuş Mi-8 vertalyotunda şəhid olmuş bütün ziyalılarımıza Tanrıdan rəhmət diləyib, onlar arasında olan mərhum jurnalist Alı Mustafayevin vətənsevərliyindən, jurnalist kimi müharibənin qaynar dövründə Qarabağda baş verən hadisələrin dünyaya çatdırmaq istəyindən söz açıb. Bildirib ki, o, vətənpərvər ziyalı olmaqla yanaşı, həm də işini bilən bir jurnalist, qələm adamı, kövrək duyğulu şair idi.

“Filmdə və filmin təqdimatında əməyi keçənlərə təşəkkür edirik. Ancaq ilk növbədə təşəkkürü şəhidlərimizə edirik. Onların qəhrəmanlıqlarıdır ki, biz bu gün onların işığına toplaşmışıq. Alı Mustafayevin jurnalist kimi fəaliyyəti və böyüklüyü bu gün də Azərbaycan jurnalistikasında gənc nəsil üçün örnəkdir. Onun xəstə olmasına baxmayaraq, son səfərə getmə səhnəsi bu gün də xatirələrdədir. Həmin ərəfədə Qaradağlıda soyqırım yaşamışdıq. Bizim ziyalılarımız, dövlət xadimlərimizin olduğu vertalyot Qarakənd səmasında separatçı, işğalçı erməni gücləri tərəfindən vuruldu. Alı Mustafayev o heyətdə ona görə var idi ki, gerçəkləri jurnalist olaraq, Azərbaycan cəmiyyətinə, dünyaya daha çox çatdırmaq istəyirdi. Odur ki, o bizim gənc nəsil üçün həm vətəndaş, insan, şair və jurnalist kimi örnəkdir”.

Sonra “Qazax” Xeyriyyə Cəmiyyətinin sədri İlham Pirməmmədov, Milli Məclisin deputatları Hikmət Babaoğlu, Kamran Nəbizadə, Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu çıxış edərək bu cür filmlərin çəkilməsini vətənpərvər gənc nəslin yetişməsində mühüm rol oynadığını qeyd ediblər.

Filmin nümayişindən sonra Alı Mustafayevin ailə üzvləri ürək sözlərini bölüşüblər. Milli Qəhrəmanın çıxış edən həyat yoldaşı Lalə Mustafayeva “Alı zirvəsi” filminə görə əməyi keçən hər kəsə təşəkkür etdi. Bildirib ki, şəhid ailələri, milli qəhrəmanlar və onların ailələri hər zaman cəmiyyətin və dövlətin diqqətindədir.

Milli Qəhrəmanın oğlu Tural Mustafayev atasını uşaq yaşlarında görsə də, onun kimi vətənpərvər ziyalı, Milli Qəhrəmanın oğlu olmaqdan fəxr etdiyini deyib.

Tədbirdə vətəndaş cəmiyyətinin fəalları, rəsmi şəxslər, Qarabağ müharibəsi qaziləri, şəhid ailələri və eləcə də Alı Mustafayevin ailə üzvləri, tələbə yoldaşları iştirak ediblər.

Tarix
2019.11.22 / 00:14
Müəllif
Kult.az
Digər xəbərlər

ABŞ-ın Zəngəzur planı - İrəvandan rəsmi cavab

Səfərov və Lalayev apellyasiya şikayəti verdi

Ekstrasensdən sevindirici proqnoz: 2027-ci ildə…

Bakı böyük oyuna girdi: Ərdoğan, Əliyev və Nikol birgə...

Azərbaycanla dostlaşmağın yolu... - Rusiyalı senator

Bakı-Moskva münasibətlərini bu ölkə korladı – Özər

Əliyev və Paşinyan Dubayda görüşə bilər

Qırğızıstan prezidenti Moskvadan Azərbaycana yola düşdü

Bu yer atam tərəfindən ayrılıb - İlham Əliyev

Mirziyayev Əliyevi təbrik etdi: Böyük futbola bir addım... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla