Yuxarı

“Ulduz” filmi tam bərpa edildi - Video

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ulduz” filmi tam bərpa edildi - Video

Dekabrın 3-də Nizami Kino Mərkəzində xalqımızın sevimli filmlərindən olan “Ulduz” bədii filminin 55 illiyi ilə əlaqədar Azərbaycan Milli Kino və Animasiyaya Dəstək, qısaca, AMKAD-ın yeni layihəsinin təqdimat mərasimi keçirilib.

Kult.az xəbər verir ki, Çingiz Mustafayev adına Fond, ANS Şirkətlər Qrupu və “Səba” ASC-nin sifarişi ilə ANS Şirkətlər Qrupuna daxil olan BALANS Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən bərpa edilən “Ulduz” bədii filmi yenilənmiş versiyada təqdim edilib.

Təqdimatda çıxış edən ANS Şirkətlər Qrupunun rəhbəri, rejissor, layihənin ideya müəllifi və rəhbəri Vahid Mustafayev bildirib ki, “Ulduz” filmi 1964-cü ildə Ağarza Quliyev tərəfindən lentə alınıb.

“Görkəmli bəstəkar Süleyman Ələsgərovun müəllifi olduğu bu əsərin pozitivi çox keyfiyyətsiz olub və mütəxəssislər onu çətinliklə də olsa, bərpa edib”, – deyərək Vahid Mustafayev filmin əvvəlki və bərpadan sonrakı vəziyyətini ekranda əyani şəkildə nümayiş etdirib.

Təqdimatda Oqtay Mirqasımov, Fəxriyyə Xələfova, Cənnət Səlimova, Ayaz Salayev, Vasif Babayev kimi bir çox mədəniyyət, elm, ictimai xadimlər, iş adamları iştirak ediblər.

Mərasimdə çıxış edən “Səba” ASC-nin Baş direktoru Fuad Ələkbərov bu tip layihələrdə iştirak etdiklərinə görə fəxr hissi keçirdiklərini bildirdi. Təqdimat mərasimində çıxış edən “Azərbaycanfilm” kinostudiyasının direktoru Cəmil Quliyev çıxışında Azərbaycan kino incilərini bərpa edib Azərbaycan xalqına qaytardığına görə Vahid Mustafayevə təşəkkür edib.

Daha sonra filmdə Yetər obrazında çəkilən Suğra Bağırzadə filmin çəkilişi ilə bağlı xatirələrini bölüşüb. “Ulduz” musiqili operettasının müəllifi Süleyman Ələsgərovun (1924-2000) nəvəsi Tahir İmanov çıxışında milli sərvətimiz olan “Ulduz” filmini bərpa etdiyinə görə Süleyman Ələsgərovun ailəsi adından Çingiz Mustafayev adına Fonda, ANS Şirkətlər Qrupuna, Vahid Mustafayevə, “Səba” şirkətinə və “Balans Studiyası”na təşəkkür etdi.

Xatırladaq ki, “Ulduz” filmi Çingiz Mustafayev adına Fond, ANS Şirkətlər Qrupu, “Səba” ASC, BALANS Milli Rəqəmsal Bərpa Studiyası, Azərbaycan Mədəniyyət Nazirliyi, “Azərbaycanfilm" kinostudiyası və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə təqdim olundu.

Tarix
2019.12.03 / 20:54
Müəllif
Kult.az
Digər xəbərlər

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

Qardaş ölkə Ermənistana səfir göndərdi - İlk dəfə

Qarabağa səfərlərin təşkili mühüm əhəmiyyətə malikdir

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

Trampın Ukrayna uğursuzluğunun səbəbi - Səfir açıqladı

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla