Yuxarı

Nazirlik dəstək verdi, film çəkildi: İnsan alveri - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik dəstək verdi, film çəkildi: İnsan alveri - Foto

İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin təşkilatı dəstəyi ilə İnsan Alverinə Qarşı Mübarizəyə həsr olunan qısametrajlı film çəkilib.

Kult.az Kanal5.az-a istinadən xəbər verir ki, filmin layihə rəhbəri və ssenari müəllifi Ramiz Alıyev, quruluşcu rejissoru isə Elvin Rüstəmzədədir.

Filmin digər tərəfdaşı “Makmarin” LTD şirkəti, media tərəfdaşı isə Azad Azərbaycan Televizyasıdır. “Mələklərin Qurtuluşu” adlı qısametrajlı film insanların sosial şəbəkələr vasitəsi ilə aldadılaraq xaricə aparılmasına, orada onların bədən orqanlarının çıxarılaraq satılmasına və cinsi istismara məruz qoyulmasına həsr olunub.

Filmin icraçı prodüseri Nicat Həsənzadə, rejissoru Dilarə Vəliyeva, mantaj edən Elgün Xeyrullayev, rejissor asisstenti Anar Kərimli, quruluşçu operatoru Anar Dadaşov, operatoru Sübhan Quluzadədir. Filmdə xalq artisti Şamil Süleymanlı, əməkdar artist Gülər Nəbiyeva, aktrisalar Aytac Məmmədova, Sevinc Əliyeva, Gülmirə Fərzəliyeva, Günay Rüstəmli, Vüsalə sarı, aktyorlar Nicat Həsənzadə, İsmayıl Kərimov, Kamil Nazim, Asiman Ağa və s. rol almışlar. Qeyd edək ki, filimin rejissoru baş rolu gənc aktrisa Aytac Məmmədovaya həvalə edilib.

Filmin çəkilişi “BİZ Group”a, texniki dəstəyi isə “Baku Art Lab” şirkətinə məxsusdur.

Filmin çəkilişi zamanı dəstək göstərmiş təşkilatlar: “Pulman Hotel”, “Caspian Business Hotel”, “NB Lazur Hospital”, “Cafe Park Restoranlar Şəbəkəsi” , “Best Group Fotostudio”.

Qeyd edək ki, film yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

Tarix
2019.12.20 / 13:57
Müəllif
Kult.az
Digər xəbərlər

Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan

Ağ Ev Ərdoğan adından paylaşdı - Ankara sildirdi

Azərbaycan Pakistana başsağlığı verdi

İran səfiri konsulumuza görə başsağlığı verdi

Azərbaycan dəmir yolu Ermənistana açıqdır – Paşinyan

Bu kəndlərin Azərbaycana qaytarılmasından 2 il ötür

Naxçıvan hava limanı niyə riskli sayılır? – Səbəb

AZAL rəhbəri aviabiletlərin qiymətindən danışdı

Rusiya AZAL-a görə kompensasiyanı nə vaxt verəcək?

Bayrağımızı yerdən qaldıran məktəbli mükafatlandırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla