Yuxarı

Aktrisa: Çantamı “oğurladılar”, hamı inandı ki... - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda tanınmış işgüzar xanım Ruhi Əliyevanın təşəbbüsü ilə “Liatris Yapım”ın ərsəyə gətirdiyi “Ağır Romantik” filminin qala gecəsi keçirilib.

Kult.az xəbər verir ki, “Torun Center”də baş tutan təqdimat mərasimi böyük marağa səbəb olub. Anşlaqla keçən gecədə film eyni anda 5 zalda yayımlanıb.

Gecəyə “Liatris Holding”in rəhbəri Ruhi Əliyeva, filmin baş qəhrəmanları Onur Tuna, Tuvana Türkay və ekran işində rol alan Altan Erkekli, Sərvət Pandur, Durul Bazan və başqaları qatılıb. Aparıcı Nanə Ağamalıyeva və stilist Anar Ağakişiyev də gecədə iştirak edənlər sırasında olub.

Qala gecəsi Türkiyə mediasının da diqqətində olub. Belə ki, tədbir Kanal D, “Uçan kuş”, NTV, TV8 kimi məşhur sayt və telekanalları tərəfindən işıqlandırılıb.

“Ağır Romantik”in təşəbbüskarı Ruhi Əliyeva ekran işi ilə bağlı bunları deyib:

“Bu işə çox əziyyət çəkilib. Doğrusu, film sektoruna girməzdən öncə bu qədər zəhmət tələb olunacağını gözləmirdim. Amma insan zəhmət çəkdiyi işin gözəl nəticəsini görəndə və həmin iş alqışla qarşılananda çəkilən əziyyət unudulur. Düşünürsən ki, bütün bunlara dəyərmiş. Ümid edirəm, bu işimiz hər kəs tərəfindən çox seviləcək. “Ağır romantik” sevgi filmidir. Ona görə də düşünürəm ki, film onu izləyən hər bir kəsin ürəyincə olacaq. Çünki insanların qəlbi eşqlə doludur”.

Daha sonra media qarşısına aktyor Onur Tuna çıxıb:

“Neçənci filmdə baş rol oynamağım önəmli deyil. Əsas olan obraz və ssenarinin düzgün olması, gözəl heyətlə çalışmaq və əylənməkdir. “Ağır Romantik”də məni cəlb edən ilk məqam bir filmdə iki fərqli obrazı canlandırmaq oldu. Ən düzgün seçimi izləyici edəcək”.

“Ağır Romantik”də Əsli obrazına həyat verən aktrisa Tuvana Türkay filmdə ona edilən sürprizlərlə real həyat da qarşılaşdığını etiraf edib.

Aktrisa çəkiliş zaman üzləşdiyi çətinliklərindən də danışıb:

“Etiraf edirəm ki, İstiqlal küçəsində çantamın oğurlanması səhnəsi mənim üçün çətin oldu. Çünki ətrafdakı turistlər bunun real yaşandığını düşündülər. Nə qədər arxaya çevrilib rol üçün edirik desəm də, inanmırdılar”.

Filmin nümayişinin sonunda zalda əyləşən hər kəs ekran işini ayaq üstə alqışlayıb. Həm aktyor heyəti, həm də gecənin qonaqları Ruhi Əliyevanı uğurlu işinə görə təbrik edib.

Məlumat üçün bildirək ki, “Ağır Romantik” Almaniya, Hollandiya, Danimarka, Belçika, Fransa, Avstriya, Rumıniya, Yunanıstan, Xorvatiya, Bolqarıstan, Albaniya, Bosniya-Herseqovina, Moldova, Şimali Makedoniya, Sloveniya, Serbiya, Monteneqro və Kosovoda 13 fevral, Türkiyənin bütün şəhərlərində 14 fevral - Sevgililər Günündə, Azərbaycanda isə 5 mart tarixində “CinemaPlus” kinoteatrlar şəbəkəsində yayımlanacaq.

Filmin Bakıdakı qala gecəsi isə martın 7-si aktyorların iştirakı ilə keçiriləcək.

Tarix
2020.02.13 / 17:04
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla