Yuxarı

Bakıdan uçan təyyarədə erməni filmi... - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıdan uçan təyyarədə erməni filmi... - Foto

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) gündəlik Bakı-Dubay-Bakı aviareyslərini həyata keçirən “Fly Dubai” şirkətinin təyyarələrində erməni filmi - “Spitak” nümayiş etdirilir.

Kult.az xəbər verir ki, bu barədə Report-a Dubaydan Bakıya uçan təyyarənin sərnişinlərindən biri məlumat verib.

Sərnişin Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağla bağlı münaqişənin davam etdiyi şəraitdə belə hala rast gəldiyi üçün təəssüf hissi keçirdiyini bildirib və bu cür halın qəbuledilməz olduğunu vurğulayıb: "Görünür ki, Azərbaycana uçuşlar həyata keçirən “Fly Dubai” ölkəmizin maraqlarını nəzərə almır. Ermənistan 30 ilə yaxındır ki, Azərbaycan ərazilərinin 20%-ni işğal altında saxlayır, təcavüzkar siyasətini davam etdirir. Azərbaycana uçuşlar həyata keçirən şirkətlər, o cümlədən “Fly Dubai” belə məsələlərdə diqqətli olmalıdır. Həmin aviaşirkət Ermənistana uçuşlar həyata keçirsə belə, bu cür hal narazılıq doğura, vətəndaşların "Fly Dubai”dan imtina etməsinə səbəb ola bilər", - deyə o, qeyd edib.

Aviadaşıyıcının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Houda Al Kaissi bildirib ki, “Fly Dubai”ın təyyarələrinin əyləncə sistemində 1 000 saatdan çox müxtəlif dillərdə kontent var və bu kontentlər bütün uçuşlar zamanı nümayiş edilir: "Bu məsələdə ölkələrdən asılı olaraq fərdi yanaşma yoxdur".

Xatırladaq ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 1 milyondan artıq ölkə vətəndaşı məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfər hərbi əməliyyatlar dövründə həlak olub, 50 min nəfər əlil olub. 4 minə yaxın azərbaycanlı itkin düşüb, onların arasında 67 uşaq, 265 qadın, 326 qoca olub. Bu şəxslərin aqibəti barədə məlumat yoxdur. 2 mindən çox azərbaycanlı isə ermənilər tərəfindən əsir götürülüb.

Tarix
2020.02.25 / 12:26
Müəllif
Kult.az
Digər xəbərlər

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

Konqresdən Bakıya erməni müraciəti - MM-in cavabı

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Beynəlxalq konfransın iştirakçıları Laçında...

Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla