Yuxarı

Rüstəm İbrahimbəyov Bakıda müsabiqə keçirir

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rüstəm İbrahimbəyov Bakıda müsabiqə keçirir

Azərbaycan Kinematoqrafçılar İttifaqı və A.M.Qorçakov adına Kütləvi Diplomatiyaya Dəstək Fondu “Rusiyanın görkəmli azərbaycanlıları” adlı ssenari müsabiqəsi elan edib.

Kult.az xəbər verir ki, müsabiqənin məramı ötən illərdən bu günədək Rusiyada yaşayan görkəmli azərbaycanlıların həyat və fəaliyyəti, mədəniyyət, incəsənət, elm, texnika, ictimai və istehsal sahələrində əldə etdikləri nailiyyətlər haqqında geniş tamaşaçı auditoriyasına bir daha və ən əsası fərqli baxış bucağından məlumat vermək, həmçinin kinematoqrafçıların sənədli film istehsalında maraqlılığını artırmaqdır.

A.M.Qorçakov adına Kütləvi Diplomatiyaya Dəstək Fondu 2010-cu il fevralın 2-də Rusiya Prezidenti D.A.Medvedyevin sərəncamı ilə yaradılıb. Məqsədi kütləvi diplomatiyaya dayaq olmaq olan Fond Rusiya qeyri-höhumət təşkilatlarının beynəlxalq əməkdaşlıqda iştirakına təkan olmaq, həmçinin vətəndaş cəmiyyəti institutlarının xarici siyasət prosesinə fəal və təsirli şəkildə cəlb edilməsini gerçəkləşdirmək niyyətilə fəaliyyətini bir neçə istiqamət üzrə qurub.

Müsabiqənin şərtləri:

Sənədli filmlərin ssenariləri kinoesse, kinoportret, kinotədqiqat (xronometrajı 52 dəqiqədən çox olmayaraq) janrlarında təqdim edilə bilər.

Ssenarilər Azərbaycan və rus dillərində qəbul edilir.

Ssenariləri 2020-ci il martın 30-dək [email protected] electron ünvanına göndərmək lazımdır.

Müsabiqəyə təqdim edilən ssenarilər müəllifə aid olmalı, orijinal olmalı və bu vaxtadək ekranlaşdırılmış ssenari olmamalıdır.

Ssenari ilə bərabər müəllifin iş haqqındakı xülasəsi də təqdim edilməlidir.

Azərbaycanın xalq yazıçısı Rüstəm İbrahimbəyovun başçılıq etdiyi münsiflər heyətinin müəyyənləşdirdiyi qaliblər diplom və pul mükafatı ilə təltif ediləcəklər.

Birinci mükafat - 1500 azn.

İkinci mükafat – 1000 azn.

Üçüncü mükafat – 500 azn.

Əlavə məlumat üçün (012)5059533, (012)4371667 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tarix
2020.02.29 / 23:20
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycan xalqının birlik ruhunu fəxrlə yad edirik - TDT

Ölkədə dörd günlük tətil başladı

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı

Azərbaycanda Zəfər Günü qeyd olunur

Rusiya Bakıya təklif edib ki, 10-na keçən gecə… – İlk dəfə açıqlandı

Zəfər Günü parad saat neçədə başlayacaq?

Fəzail Ağamalının oğlu və 12 sədr partiyadan xaric olundu

Paşinyan bunu dedikdən sonra Əliyev tapşırıq verdi ki...

Mətbuat Şurası İlham Əliyevə məktub ünvanladı

Bu tarixdə torpaq hərracları keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla