Yuxarı

"Qurdlar Vadisi"nin məşhur aktyoru Bakıya gəlir

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qurdlar Vadisi"nin məşhur aktyoru Bakıya gəlir

“Qurdlar Vadisi” serialının məşhur siması, Güllü obrazının ifaçısı Ərhan Ufak bu gün Bakıya gələcək.

Kult.az xəbər verir ki, aktyor bu haqda özəl olaraq Moderator.az-a danışıb.

“Azərbaycan mənim çox sevdiyim ölkədir, orada çox dostlarım var. Hər zaman sıx mədəni əlaqələrimiz mövcud olub. Bilirəm ki, bizim “Qurdlar Vadisi” serialı bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da çox sevilib. Bu serial vasitəsilə biz məşhur olmuşuq. Nəsib-qismət olarsa, aprel ayının 16-də Azərbaycana gələcəyəm. Sizin vasitənizlə Azərbaycandakı dostlarımıza sevgi və salamlarımı göndərirəm. Darıxmayın, görüşümüzə az qaldı”, - deyə aktyor bildirib.

Aktyor Bakıya “Sənət Akademiyası” adlı layihədə iştirak etmək üçün gəlir. Bu haqda təşkilatçı Səbuhi Zamani açıqlama verib.

“Rəhbərlik etdiyim Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyinin dəvəti ilə Ərhan bəy Azərbaycana gəlir. Bizim ictimai birliklə “Eslem” şirkəti arasında bir imza mərasimi olacaq. Hazırda “Sənət Akademiyası” adlı layihəmizi həyata keçirmək üçün var gücümüzlə çalışırıq. Bu layihədə iştirak etmək üçün 18-65 yaş arasında olan istənilən Azərbaycan vətəndaşı bizə müraciət edə bilər. Türkiyənin məşhur kino ulduzları və sənət adamları müxtəlif sahələr üzrə ölkəmizdə 3 aylıq təlim keçirəcəklər. Təlimlərdə iştiraka görə hər bir tələbəyə setrifikat da veriləcək”, - deyə təşkilatçı bildirib.

Tarix
2021.04.16 / 01:20
Müəllif
Kult.az
Digər xəbərlər

Güney Azərbaycanda yeni partiya yarandı

20 min manatlıq limit ləğv edildi

Yaponiya onu Azərbaycana səfir göndərdi

Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu

Prezident və xanımı Bakıda sərgidə... - Foto

Bakı bu məsələdə İrəvanla əməkdaşlıq etməyəcək

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Erməni bacılar Bakıya gəldi - Video

Sərkisyan çıxış edərkən neçə müsəlman lideri zalı tərk edib?

MM Anım Günü ilə əlaqədar Bəyanat qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla