Yuxarı

Türkiyə ilə Azərbaycan Qarabağla bağlı film çəkir?

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Türkiyə Respublikası mədəniyyət və turizm nazirinin müavini Əhməd Misbah Dəmircanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Mədəniyyət Nazirliyindən Kult.az-a verilən məlumata görə, görüşdə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Kino İdarəsinin baş direktoru Erkin Yılmaz, Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Elnur Əliyev, Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov, həmçinin hər iki ölkənin nazirliklərinin məsul şəxsləri iştirak edib.

Qonaqları səmimi salamlayan A.Kərimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində baş tutan görüşündən söz açıb. Ölkələrimiz arasında strateji səviyyədə inkişaf edən münasibətlərin vəziyyətindən yüksək məmnunluğunu ifadə edən nazir iyunun 15-də dövlət başçıları tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni xüsusilə qeyd edib. Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılmasının iki ölkə və onların xalqlarının maraq və mənafelərinə xidmət etdiyini vurğulayıb.

Türkiyə ilə mədəniyyət sahəsində əməkdaşlığın daha da gücləndirilməsi və müxtəlif istiqamətlər üzrə təcrübə mübadiləsinin aparılmasının vacibliyini diqqətə çatdıran nazir 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Qələbənin həm türk dünyasında, həm də beynəlxalq platformada ən yüksək səviyyədə, eləcə də kino vasitəsilə təbliğində Türkiyə ilə işbirliyinin böyük önəm daşıdığını bildirib.

Səmimi qəbula görə nazirə təşəkkürünü bildirən Türkiyə nümayəndə heyətinin rəhbəri Ahmet Misbah Demircan mədəniyyət sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə bu kimi qarşılıqlı səfərlərin əhəmiyyətli töhfə verdiyini deyib. Kino sənayesinin Azərbaycan-Türkiyə mədəni əməkdaşlığının mühüm istiqamətlərindən biri olduğunu vurğulayan nazir müavini bu çərçivədə lazımi dəstəyin göstəriləcəyini qeyd edib. Kino vasitəsilə beynəlxalq arenaya çıxmaq üçün ölkələrimizin yüksək potensiallı hekayə və mövzularının olduğunu, bədii və sənədli filmlərlə yanaşı, animasiya filmlərinin önəmini diqqətə çatdırıb.

Görüş zamanı kino sahəsində Türkiyə ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində tarixi zəfərə və Qarabağa həsr olunan müştərək filmlərin, serialların istehsalı, birgə film festivallarının keçirilməsi, hər iki ölkənin dövlət və özəl kino qurumları və kinematoqrafçıları arasında təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunub. Həmçinin, Türkiyə - Azərbaycan müştərək layihəsi olan “Fulya” filmindən söz açılıb və filmin çəkilişlərinə artıq başlanıldığı bildirilib.

Tarix
2021.06.26 / 22:23
Müəllif
Kult.az
Digər xəbərlər

Xankəndiyə toplaşan liderlərin səmimi - Fotoları

Ərdoğan Xankəndidə İsraili tənqid etdi

İlham Əliyev bu foto ilə tarix yazdı – 3 mesaj

Ərdoğandan Xankəndi ilə bağlı açıqlama

Bakı və Moskva gərginliyi bitməlidir: məsələni bağlayaq!

İran və Pakistan XİN başçıları Xankəndidə görüşdü

Hindistan torpaqlarımızı işğal altında saxlayır, lakin…

Səfərovların qətli ifşa olundu – Solovyov əsəbiləşdi

Xankəndidə Zirvə görüşü: Prezident çıxış etdi - Canlı

Pezeşkian Xankəndidə İsrailin hücumundan danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla