Yuxarı

Güneylilər film çəkir, quzeylilər də iştirak edəcək

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Urmu gölünün qurumasından illər sonra baş verəcək ekoloji fəlakətdən bəhs edən bədii filmin hazırlıqlarına başlanılıb.

Bu barədə Kult.az-a açıqlamasında tanınmış güneyli rejissor Babək Şirinsifət məlumat verib.

O, filmə Türkiyə, Azərbaycan, İraq və İrandan olan yaradıcı heyətin cəlb olunacağını diqqətə çatdırıb:

“Gölün nağılı” adlı film Azərbaycan dilində çəkiləcək. Xaricdən dəvət etdiyimiz şəxslər isə öz dilində danışacaq. Hadisələr bir yazıçının toy günündə cərəyan edir. Ekran işinin çəkilişlərini gələn ilin payızına nəzərdə tutmuşuq. Artıq ilkin mərhələ başa çatıb. Bəzi detallar üzərində iş gedir. Filmin ssenarisində yazıçı Hafiz Xiyavi və rejissor Bəhram Təvəkküli də yaxından iştirak edir. Operator isə Turac Aslanidir”.

Rejissor bədii filmin hazırlıqları ilə yanaşı, sənədli film üzərində də işlədiyini deyib. Bildirib ki, Muğan-Savalan yaylasında etno-mifoloji janrda çəkdiyi sənədli filmin çəkilişlərinin 40 faizi artıq tamamlanıb.

Yaradıcılıq planlarından danışan B.Şirinsifət filmlərlə yanaşı, kitab və sərgi hazırlıqları ilə də məşğul olduğunu diqqətə çatdırıb.

“İstər şimal, istərsə də cənubdan olan ziyalılarımız türk antologiyası və mifologiyası ilə yaxından tanış deyil. Mütəxəssislər istisna olmaqla, bu barədə az məlumatlıdırlar. Yunan mifindən saatlarla danışa bilərlər, amma çox az adam bilir ki, Ülgən, yaxud Kayra xan kimdir. Qərara gəldim ki, Orta Asiyadan başlamış Anadoluya qədər, mifoloji qəhrəmanlarımız, eləcə də ortaq inanclarımız haqqında bir kitab hazırlayım. Türk dilində nüsxəsi demək olar ki, hazırdır.

İllüstrasiyalar üzərində də çalışıram. Çünki təsvir anlayışı bir millət və xalq üçün çox vacibdir. Bizim qədim kitablarda bu tip təsvirlər olub. Qaynaqlarım zəngin deyil, öz təsəvvürümdə olanlar əsasında çəkirəm. Artıq 40 əsər çəkilib. Sərgi, yaxud kitab şəklində təqdim etmək fikrindəyəm”.

Tarix
2023.01.24 / 00:14
Müəllif
Vüsalə İsgəndərova
Şərhlər
Digər xəbərlər

İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...

İran mediası Rəisi ilə bağlı bu xəbəri sildi

Sərhəddə açılış: İlham Əliyev və Rəisi iştirak etdi - Yeniləndi

İlham Əliyev Rəisi ilə görüşdü - Foto

XİN Türkiyədəki bu bayramla bağlı paylaşım etdi

Bayrağımız niyə oxşardır? Paris Bakıdan nə istəyir?

Mierinyanın Füzuli səfərində diqqət çəkən detal - Foto

Polis erməni deputatları sərhədimizə buraxmadı

İran-Azərbaycan əlaqəsi təkcə qonşuluq deyil – Rəisi

İran-Azərbaycan dostluğu sarsılmazdır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla