Yuxarı

Türk filmi “Fransa Oskar”ı aldı – Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk filmi “Fransa Oskar”ı aldı – Foto

Türkiyəli rejissor Dəniz Qəmzə Ərgüvənin rejissorluğu ilə çəkilən "Mustanq" filmi "Fransanın Oskarı" adlandırılan Sezar Kino Mükafatlarından dördünü alaraq böyük uğura imza atıb.

Axar.az xəbər verir ki, "Mustanq" filmi "ən yaxşı debüt film", "ən yaxşı ssenari", "ən yaxşı montaj", "ən yaxşı musiqi" nominasiyası üzrə mükafatlara layiq görülüb.

Mükafatlar sahiblərinə Parisdə yerləşən Şatelet teatrında 41-ci dəfə təşkil edilən mükafatlandırma mərasimində verilib. "Ən yaxşı film" mükafatına Flip Fukonun "Fatima" filmi sahib olub. Mərasimdə ABŞ aktyoru Maykl Duqlasa "Sezar Şərəf Mükafatı" təqdim edilib.

Xatırladaq ki, türkiyəli rejissorun "Mustanq" filmi Oskar mükafatı üçün "ən yaxşı xarici dildə film" kateqoriyasında yarışacaq.

Tarix
2016.02.27 / 19:11
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Vəzifəsindən azad olunan polkovnik Əsədova yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla