Yuxarı

Milli Məclisin xüsusi iclası başa çatdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Milli Məclisin xüsusi iclası başa çatdı

11:06

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclası başlayıb.

Axar.az xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən xüsusi iclas "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr olunub.

İclasda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Xatırladaq ki, Milli Məclisin deputatları Azərbaycan Konstitusiyasının 88-ci maddəsinin 2-ci hissəsinə əsaslanaraq, parlamentin növbədənkənar sessiyasının çağırılması barədə spiker Sahibə Qafarovaya müraciət ediblər.

Sədr müraciəti nəzərə alaraq, Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

***

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən xüsusi iclas başa çatıb.

Deputatlar Ermənistanla Azərbaycan arasındakı sülh prosesi üzrə Vaşinqton razılaşmalarını müzakirə ediblər.

İclasda Azərbaycanın bu istiqamətdəki xarici siyasəti yüksək qiymətləndirilib.

Yekunda sədr Sahibə Qafarova Milli Məclis adından Prezident İlham Əliyevə minnətdarlıq edib:

"Azərbaycan yenə də göstərdi ki, həm döyüş meydanında qələbə qazanmağa, həm də danışıqlar masasında uğur əldə etməyə qadirdir".

Daha sonra "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr edilmiş xüsusi iclas dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.

Tarix
2025.09.09 / 13:36
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

Meloni İlham Əliyevə təşəkkür etdi

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Polşa mediası Goranboydakı partlayışdan nə və niyə yazır?

İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova

Bayramov Qazaxıstanın XİN başçısı ilə danışdı

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla