Yuxarı

Azərbaycanda yeni universitetin yaradılması təklif olunur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda yeni universitetin yaradılması təklif olunur

Azərbaycanda informasiya texnologiyaları və texnoloji ixtisaslar üzrə ixtisaslaşmış ayrıca ali məktəbin yaradılmasına ehtiyac olduğu bildirilir.

Axar.az Modern.az-a istinadla xəbər verir ki, bu təkliflə təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri "AzEdu Podkast" verilişində çıxış edib.

Ekspert bildirib ki, I ixtisas qrupunun R alt qrupunda kompüter və informasiya texnologiyaları istiqamətinə maraq sürətlə artır. Mövcud universitetlərdə bu ixtisaslar tədris olunsa da, yalnız texnologiya sahəsinə fokuslanan böyük, sahəvi ali təhsil müəssisəsinin yaradılması rəqabəti azalda bilər.

“Bizdə sırf IT istiqamətli ixtisasları özündə cəmləşdirən universitet olmalıdır. Bakı Mühəndislik Universiteti var, amma burada yalnız IT profilli ixtisaslar tədris olunmur. Necə ki, Tibb Universiteti tibb sahəsinin, UNEC iqtisadiyyat istiqamətinin əsas mərkəzidir, texnologiya sahəsində də belə bir universitet ola bilər”, - deyə Elmin Nuri bildirib.

Onun fikrincə, bu cür ali məktəbin yaradılması həm yeni plan yerlərinin açılmasına, həm də digər universitetlərin qəbul yükünün azalmasına imkan verə bilər.

Tarix
2026.09.05 / 11:37
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla