Yuxarı

Naxçıvana gedənlər erməni sərhədçisini görməmək üçün...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvana gedənlər erməni sərhədçisini görməmək üçün...

Paşinyan parlamentdə çıxışı zamanı azərbaycanlıların Zəngəzur dəhlizindən necə keçəcəkləri ilə bağlı sualı cavablandırarkan deyib ki, sərhəddə pasportların oxunması cihazlarından istifadə edəcəklər, nəticədə insan müdaxiləsi olmayacaq, sərhədçilər yalnız şübhəli şəxslər müəyyən edildikdə müdaxilə edəcəklər.

Axar.az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

“Naxçıvana maneəsiz keçidin praktiki olaraq hansı prinsiplərə əsaslanacağı hələlik bəlli deyil. Paşinyanın bu açıqlaması da “dəhlizin verilməsi Ermənistanın suverenliyinin pozulmasıdır” ittihamlarına qarşı özünümüdafiə xarakteri daşıyır. Lakin Naxçıvana gedəcək azərbaycanlıların erməni sərhədçiləri, yaxud gömrükçüləri ilə təmas qurmaması Azərbaycanın əsas tələblərindən olub. Əliyev də bildirmişdi ki, bizim yüklər və vətəndaşlar hər dəfə orada erməni sərhədçinin simasını görməli deyil, burada heç bir fiziki təmas olmalı deyil.

Təmasın olmaması baxımından Paşinyanın “oxuma cihazları” Bakının tələbinə uyğun gəlir. Hərçənd, Azərbaycan “Naxçıvana maneəsiz keçid” dedikdə təkcə heç bir təmasın olmamasını nəzərdə tutur, yoxsa, ümumiyyətlə hər-hansı yoxlamanın olmamasını? Bunun detalları hələ açıqlanmayıb. İstisna deyil ki, Vaşinqton razılaşmasının reallaşmasına maneələrin yaranmaması və Ermənistanın daxili ictimai rəyində Paşinyana qarşı istifadə edilməməsi üçün Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər”, - deyə o bildirib.

Tarix
2025.09.11 / 07:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Bakıda bələdiyyə sədri bıçaqlandı, işçisi həbs olundu

Bu gün BTQ-nin yaranmasının 3 ili tamam olur

Azərbaycan Rusiyaya nota verdi: Səfir XİN-ə çağırıldı

Bayramov Bakıda BMT rəsmisi ilə görüşdü

İsrail mediası yazdı: Bu qərar Azərbaycanı incidəcək!

Ermənistan işğalının arxasında Rusiyanın dəstəyi dayanırdı...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla