Yuxarı

ABŞ Zəngəzur dəhlizi üçün 145 milyon dollar ayıracaq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Zəngəzur dəhlizi üçün 145 milyon dollar ayıracaq

ABŞ TRİPP (Tramp marşrutu) layihəsinin həyata keçirilməsi üçün Ermənistana 145 milyon dollar yardım ayırmaq niyyətindədir.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun direktoru Brendan Henrehen İrəvanda Ermənistanın baş nazirinin müavini Mger Qriqoryanla görüşündə deyib.

"Konqreslə əməkdaşlıq çərçivəsində biz Ermənistana 145 milyon dollar verməyi planlaşdırırıq. Bu, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu təşəbbüsü və avqustun 8-də əldə olunmuş müvafiq razılaşmalar çərçivəsində maliyyənin ilk tranşıdır", - Henrehen bildirib.

Onun sözlərinə görə, vəsait ticarət, infrastruktur, kritik mineral ehtiyatların tədarük zəncirləri və transsərhəd təhlükəsizliyin təmin edilməsinə investisiyaların dəstəklənməsi üçün istifadə olunacaq.

Tarix
2025.09.11 / 22:54
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

Meloni İlham Əliyevə təşəkkür etdi

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Polşa mediası Goranboydakı partlayışdan nə və niyə yazır?

İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova

Bayramov Qazaxıstanın XİN başçısı ilə danışdı

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla