Yuxarı

İlham Əliyev Türkiyənin Baş Qərargah rəisini qəbul etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Türkiyənin Baş Qərargah rəisini qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Şuşada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Səlcuq Bayraqdaroğlunu qəbul edib.

Axar.az xəbər verir ki, qəbula görə minnətdarlığını bildirən Səlcuq Bayraqdaroğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.

Görüşdə ölkələr arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi vurğulanıb.

Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ölkələrin olmadığını deyən dövlət başçısı qeyd edib ki, birliyimiz dünya miqyasında önəmli amildir.

Prezident İlham Əliyev bölgədə artıq sülh dövrünün başladığını vurğulayıb. Söhbət zamanı Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin 2021-ci ildə məhz Şuşa şəhərində imzalanmasının önəminə toxunulub.

Bugünkü görüşün 15 sentyabr - Qafqaz İslam Ordusu tərəfindən Bakının daşnak-bolşevik işğalından azad olunmasının 107-ci ildönümünə təsadüf etməsi məmnunluqla vurğulanıb.

Söhbət zamanı Azərbaycanın və Türkiyənin hərbi qurumları arasında qardaşlığa, strateji müttəfiqliyə əsaslanan əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Tarix
2025.09.15 / 17:52
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

Meloni İlham Əliyevə təşəkkür etdi

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Polşa mediası Goranboydakı partlayışdan nə və niyə yazır?

İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova

Bayramov Qazaxıstanın XİN başçısı ilə danışdı

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla