Yuxarı

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Qırğızıstanın Bişkek şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin görüşü keçirilib.

Nazirlər Kabinetindən Axar.az-a verilən məlumata görə, Azərbaycanın Baş naziri Əli Əsədov görüşdə iştirak edib.

Tədbirdə çıxış edən Ə.Əsədov türk dövlətlərinin səylərinin birləşdirilməsinin sabitlik, təhlükəsizlik və rifahın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Qarşılıqlı faydalı əməkdaşlığın TDT-yə üzv ölkələr arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, iqtisadi potensialın gücləndirilməsi və nəqliyyat dəhlizlərinin şaxələndirilməsi üçün yeni imkanlar açdığı diqqətə çatdırılıb.

Qeyd edilib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə ikitərəfli müstəvidə strateji tərəfdaşlıq və ya müttəfiqlik münasibətləri qurub.

"Türk dövlətlərinin ərazisindən keçən və təkcə regionumuz üçün deyil, həm də qlobal ticarət və nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından strateji rol oynayan Orta Dəhlizin önəmi getdikcə artmaqdadır. Bu kontekstdə Azərbaycanın əsas ərazisinin Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinə dair bu yaxınlarda Vaşınqtonda əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizinin açılması bütün region dövlətlərinə yeni iqtisadi və tranzit fürsətləri qazandırmaqla yanaşı, Orta Dəhlizə inteqrasiya olunmaqla, onun ötürücülük qabiliyyətini artıracaq", - Ə.Əsədov qeyd edib.

Görüşdə rifahın, inkişafın və regional inteqrasiyanın təşviqində TDT-nın rolu, həmçinin ticarət, investisiya, nəqliyyat, enerji və kənd təsərrüfatı kimi prioritet iqtisadi sahələrdə əlaqələr, təşkilat çərçivəsində çoxşaxəli əməkdaşlığın gücləndirilməsi üçün TDT mexanizmlərinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Görüşün nəticələrinə dair Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin Birgə Bəyanatı qəbul edilib.

Tarix
2025.09.18 / 14:42
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla