Yuxarı

Bu, Avrasiyanın xəritəsini tamamilə dəyişəcək - Hacıyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, Avrasiyanın xəritəsini tamamilə dəyişəcək - Hacıyev

Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülh qlobal kontekstdə nadir uğur nümunəsidir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla birlikdə “Avronyus” kanalına verdiyi müsahibədə bildirib.

H.Hacıyev iki ölkə rəhbərliyinin sülhə doğru addımlarının Brüsseldə keçirilən görüşdən sonra formalaşdığını diqqətə çatdırıb:

“Brüsseldə görüşmək üçün yaxşı imkan yarandı. Bundan sonra liderlərimiz sülh yoluna keçmək və mövcud fikir ayrılıqlarını kənara qoymaq qərarı verdilər”.

Azərbaycan rəsmisi vurğulayıb ki, tərəflər artıq münaqişə dövrünü bağlayıb və region real sülh mərhələsinə qədəm qoyub:

“Birgə sülh prosesi münaqişələrlə dolu qlobal kontekstdə nadir uğur hekayəsidir. Bu mərhələ bağlanıb, real sülh mövcuddur”.

Hikmət Hacıyev bildirib ki, sülh yeni iqtisadi imkanları açacaq və regionu birgə inkişaf dövrünə çıxaracaq:

“İndi isə Azərbaycan və Ermənistan regionda böyük iqtisadi inkişaf səhifəsi açır və bu hər iki xalqın maraqlarına xidmət edir”.

O, həmçinin Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunun (TRIPP) strateji əhəmiyyət daşıdığını vurğulayıb:

“TRIPP Avrasiya qitəsinin nəqliyyat xəritəsini tamamilə dəyişəcək”.

Tarix
2025.12.09 / 22:14
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın Azərbaycana qarşı çıxan müşaviri istefa verir? - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla