Yuxarı

Lavrov Azərbaycan səfirini niyə qəbul etmir? - Qapalı müzakirə

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lavrov Azərbaycan səfirini niyə qəbul etmir? - Qapalı müzakirə

Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevi qəbul etməməsinin səbəbləri var.

Axar.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu səfirimizin Lavrov tərəfindən qəbul edilməməsini şərh edərkən "Yeni Müsavat"a açıqlamasında deyib.

Onun fikrincə, nazir səfirlə ona görə görüşmür ki, qapalı müzakirələr gedir:

“Hazırda detallı danışıqlar davam etməkdədir. Bu detalları isə Qaluzin səfirlə danışır. Məsələn, 11 rusun azad olunmasını istəyib. Bu məsələni Lavrov səfirlə görüşdə qaldıra bilməz. Çünki onun istəyinə riayət etməsək, münasibətlərdə gərginliyi artırar və Lavrovun da sözü yerə düşmüş olar”.

Qeyd edək ki, Lavrov azərbaycanlı səfiri ötən ilin oktyabrında qəbul edib. Ondan sonra hər hansı ünsiyyət olmayıb.

Ötən gün isə Azərbaycan tərəfinin təşəbbüsü ilə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşüb.

Tarix
2025.12.31 / 13:12
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

İsveçrəyə yeni səfir təyin edildi

İlham Əliyev onu Niderlanda səfir göndərdi

Bakı “Rosatom”la tərəfdaşlıqdan faydalana bilər - Ekspert

Tramp Uitkoffun Azərbaycanla bağlı məqaləsini paylaşdı

Qərargaha soxulub, Elçibəyi də, məni də vurdular - Video

İlham Əliyev Melonini təbrik etdi

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla