Yuxarı

Azərbaycan AB-nin xüsusi diqqətinə layiqdir - Leterm

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan AB-nin xüsusi diqqətinə layiqdir - Leterm

Azərbaycan təzyiq altında olan regionda sabitlik adası kimi Avropa Birliyinin (AB) xüsusi diqqətinə layiqdir.

Axar.az xəbər verir ki, bunu Belçikanın sabiq baş naziri İv Leterm XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel müzakirəsində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında ölkə iqtisadiyyatın inkişafı üçün böyük imkanlara malikdir.

"Azərbaycanda son 15-20 il ərzində heyranlıq doğuran nailiyyətlər müşahidə olunur. Biz anlamalıyıq ki, Azərbaycanın diqqətini qazanmaq lazımdır. Biz Azərbaycana dialoq aparılması zəruri olan bir tərəfdaş kimi hörmət etməyə borcluyuq", - o bildirib.

İ.Leterm vurğulayıb ki, AB Azərbaycana dialoq aparılması zəruri olan tərəfdaş kimi hörmət etməlidir:

"Məsələn, biz Azərbaycan kimi bir ölkənin daxili işlərinə qarışaraq qətnamələr qəbul etdiyimiz zaman anlamalıyıq ki, bununla gələcək danışıqlar üçün qapıları bağlayırıq".

O vurğulayıb ki, bu cür müdaxilələrdən sonra enerji tədarükü üzrə yeni razılaşmalar əldə etməyə çalışmaq da səmərəli deyil:

"Biz illər boyunca bir tərəfdən Azərbaycanın daxili işlərinə qarışırıq, ertəsi gün isə gəlib xahiş edirik - "Bizə daha çox qaz sata bilərsinizmi?". Bu, maraqların dəyərlərdən daha böyük əhəmiyyət kəsb etdiyi dünyada işə yaramayan tipik Avropa münasibətidir".

Tarix
2026.03.15 / 10:44
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan növbəti təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla