Yuxarı

Mikayıl Cabbarov Pəncab əyalətinin baş naziri ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mikayıl Cabbarov Pəncab əyalətinin baş naziri ilə görüşdü

İqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif ilə görüşüb.

Bu barədə Axar.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Görüşdə investisiya, ticarət, enerji, sənaye, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafı müzakirə edilib.

Azərbaycan ilə Pakistan arasında mövcud strateji tərəfdaşlıq münasibətləri məmnunluqla vurğulanıb, iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğu və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın davamlı şəkildə inkişaf etdiyi qeyd olunub. Tərəflər Azərbaycan-Pakistan münasibətlərinin iqtisadi sahədə də geniş potensiala malik olduğunu bildiriblər.

Müzakirələr zamanı iqtisadi əməkdaşlıq imkanlarının tam reallaşdırılması, qarşılıqlı investisiyaların təşviqi və biznes dairələri arasında əlaqələrin genişləndirilməsi məsələləri diqqət mərkəzində olub. Tərəflər ticarət, enerji, sənaye, nəqliyyat və digər istiqamətlərdə birgə fəaliyyətin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Tərəflər Preferensial Ticarət Sazişinin iki ölkə arasında iqtisadi əlaqələrin və işgüzar əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığını qeyd ediblər. Sazişin biznes subyektləri arasında əlaqələrin möhkəmlənməsinə, ticarət dövriyyəsinin artmasına və yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına töhfə verdiyi vurğulanıb.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

Tarix
2026.05.19 / 20:22
Müəllif
Axar.az
Digər xəbərlər

Özgündüz: Atatürkə dil uzadanlar Əliyevə də… - Video

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

Zelenski bu ərazilərin Rusiyada qalmasına razılaşıb?

Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye

Azərbaycanlı çoban Ermənistana belə keçib - Təfərrüat

TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan

Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq

Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla