Yuxarı

Azərbaycan ilk dəfə bu platformada təmsil olunacaq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan ilk dəfə bu platformada təmsil olunacaq

Nyu York şəhərində Uşaq Hüquqları haqqında Konvensiyaya tərəf dövlətlərin 21-ci iclası çərçivəsində Azərbaycan Respublikasının namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) 2027-2031-ci illər üzrə üzvlüyünə seçilib.

Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Ciddi beynəlxalq rəqabət şəraitində baş tutmuş seçkilərdə Azərbaycanla birgə 16 ölkədən olan namizədlər Komitədə mövcud 9 vakant yer uğrunda mübarizə aparıb. Azərbaycan tərəfindən namizədliyi irəli sürülmüş Esseks Universiteninin doktorantı Fərid Ədilov səsvermənin ilk mərhələsində iştirakçı dövlətlərin əksəriyyətinin etimadını qazanaraq, 130 səslə Komitəyə üzv seçilib.

Beləliklə, Azərbaycan vətəndaşı ilk dəfə olaraq sözügedən komitədə təmsil olunacaq.

BMT-nin Uşaq Hüquqları Komitəsi 1989-cu il Uşaq Hüquqları haqqında Konvensiyanın icrasına nəzarət edən nüfuzlu müqavilə qurumudur. Komitə qlobal miqyasda seçilən 18 müstəqil ekspertdən ibarət olmaqla, Konvensiyaya tərəf dövlətlərin öhdəliklərinin yerinə yetirilməsini nəzərdən keçirir.

Tarix
2026.06.23 / 23:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...

Yeni proqramda Qarabağ ideologiyası yoxdur - Paşinyan

Azərbaycan Mərkəzi Afrika Respublikasına başsağlığı verdi

Bakıda mühüm beynəlxalq konfrans keçiriləcək

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla