Yuxarı

Belə bir addımı ilk dəfə Özbəkistanla atırıq - Hacıyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Belə bir addımı ilk dəfə Özbəkistanla atırıq - Hacıyev

Özbəkistanla Azərbaycan arasındakı münasibətlər artıq strateji müttəfiqlik xarakteri daşıyır.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Özbəkistanda "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə"yə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, 2020-ci ildə dövlət başçılarının təmaslarından sonra Özbəkistan və Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyub:

"Həmin dövrdən etibarən iki dövlət arasında münasibətlər strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə çatıb. İndi isə əbədi dostluq münasibətləri xarakteri daşıyacaq. Bu, Azərbaycanın diplomatik təcrübəsində bir ilkdir və biz belə bir addımı ilk dəfə Özbəkistanla atırıq. Onsuz da xalqlarımız əbədi dost idilər. Çünki Azərbaycan və Özbəkistan tarixinə baxsaq, bizim aramızda o qədər bağlantılar var ki... Bunu hətta biz Əlişir Nəvainin əsərlərində, digər özbək ədiblərin əsərlərində də görə bilərik".

Hikmət Hacıyev bildirib ki, tarixi əsnada mövcud olan Azərbaycan-Özbəkistan ədəbi dostluğu siyasi müstəvidə də əbədi dostluq xarakteri daşıyır:

"Yəni, bu səfər Azərbaycan üçün çox mühüm xarakter daşıyır. Çünki Azərbaycan və Özbəkistan xalqları ilk növbədə qardaş xalqlardır. Qardaş xalqlar olaraq bizim aramızdakı əlaqələr dövlət başçılarımızın səyləri nəticəsində hazırda müttəfiqlik xarakteri daşıyır və Özbəkistan-Azərbaycan münasibətləri bu gündə həmkarlarımıza izah etdiyim kimi müttəfiqlikdən də yeni bir mərhələyə, əbədi dostluq münasibətləri səviyyəsinə qalxır. Bu gündən artıq siyasi müstəvidə bu əbədi dostluq xarakteri daşıyacaq. Ona görə də hesab edirik ki, bu səfər Azərbaycan-Özbəkistan qardaşlıq, müttəfiqlik və əbədi dostluq münasibətlərində yeni mərhələ olacaqdır. Qardaş Özbəkistana da bu qonaqpərvərliyə görə ayrıca təşəkkür edirik və eyni zamanda təbrik edirik. Özbəkistan mediasında cənab Prezidentin Özbəkistan-Azərbaycan əlaqələri ilə bağlı geniş bir müsahibəsi dərc edildi və cənab Prezident orada qeyd edib ki, biz hər dəfə Özbəkistana gələndə sevinirik".

Tarix
2026.08.23 / 14:50
Müəllif
Axar.az
Digər xəbərlər

Musayev Köçəryanla qonşu kameralarda saxlanılır

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzinə gəldi - Video

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla