Yuxarı

F-35-lərin Türkiyəyə satışının qarşısını almaq üçün... – Kombos

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
F-35-lərin Türkiyəyə satışının qarşısını almaq üçün... – Kombos

Türkiyəyə potensial F-35 qırıcılarının satışı regiondakı mövcud mənzərəni daha da dəyişdirəcək.

Axar.az xəbər verir ki, bunu Cənubi Kiprin xarici işlər naziri Konstantinos Kombos “Foks Nyus”a açıqlamasında deyib.

“Bu, həm bizim, həm də regiondakı digər ölkələr üçün narahatlıq doğuran məsələdir. Güc balansı artıq əhəmiyyətli dərəcədə Türkiyənin xeyirinədir. Lakin biz bunu sadəcə normal bir vəziyyət kimi qəbul edə bilmərik”, - XİN başçısı əlavə edib.

Türkiyənin 1974-cü ildə Kiprdə həyata keçirdiyi Sülh Hərəkatını "işğal" kimi qələmə verən Kombos bildirib ki, sözügedən ildə Kiprin ​“​işğalı” zamanı türklər Amerika silahlarından istifadə edib:

“Bu, bizim üçün yeni bir şey deyil”.

“Potensial satışın qarşısını almaq üçün diplomatik təzyiq göstərməyə davam edəcəyik. Bu vəziyyət regional tarazlıqları pozur. Biz məsələni həm ABŞ administrasiyası, həm də Avropa Birliyi qarşısında qaldırırıq. Mövqeyimizi açıq şəkildə ifadə etmişik: AB-nin müdafiə fondları üzv dövlətin suverenliyini və ərazi bütövlüyünü pozan bir ölkəyə yönəldilə bilməz”, - Kombos bildirib.

Tarix
2026.11.14 / 15:52
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla