Yuxarı

Əliyev qızlarımıza söz atan kosmonavtı belə susdurdu

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun illər Kəlbəcər rayonunda rəhbər vəzifələrdə işləmiş Vəliyəddin İsmayılov Moderator.az-a 70-ci illərdə baş vermiş və şahidi olduğu Heydər Əliyevlə bağlı bir hadisəni danışıb.

“Kəlbəcər rayon Komsomol Komitəsinin birinci katibi işləyirdim. 1970-ci il noyabrın 21-də Azərbaycanda komsomol təşkilatının yaranmasının 50 illik yubileyi keçirilirdi. İndiki Şəhriyar adına sarayda keçirilən təntənəli iclasda Azərbaycan Komunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev, Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının birinci katibi Tyajelnikov və SSRİ kosmonavtı Volkov iştirak edirdi.

İclasdan sonra “Dostluq” restoranında (restoran indiki Şəhidlər Xiyabanının dənizə baxan tərəfində yerləşir) bu şərəfə ziyafət verilirdi. Bədii hissədə “Lalə” qızlar ansablı çox geniş proqramla çıxış edirdi. Kosmonavt Volkov bir az ərköyün, bir az da meyxoş əhval ruhiyyə ilə “...Bu badələri burada iştirak edən gözəl qızların sağlığına içək” – dedi. Bu sağlıqda bir az şitlik hiss olundu. Heydər Əliyev bu şitliyi hiss etdi, çox ciddi və kəskin formada onun sözlərinə düzəliş verdi: "Bizdə qadına təkcə yaraşığına görə qiymət verilmir. Onun namusuna, qeyrətinə, qayğıkeşliyinə, əməksevərliyinə və vətənpərvərliyinə görə qiymət verilir. Bizim qadınlar bu sözlərin hamısına layiqdirlər. Gələcəyin xoşbəxt anası olacaq bu qızları böyüdüb, tərbiyyə edən analar başda olmaqla, bütün Azərbaycan qadınlarının sağlığına badə qaldıraq. Çünki Sovet İttifaqının sosial-iqtisadi, elmi, mədəni, hətta hərbi sənaye sahəsində Azərbaycan qadınlarının əməyi və iştirakı vardır. Namusunu “qızıl taxt-tacdan” uca tutan Azərbaycan qadınlarına eşq olsun!” Yerdən sürətli alqışlar qopdu, hamı ayağa qalxdı və bu şərəfə qaldırılan badələrin cingiltisi alqışlara qarışdı... Söz yiyəsi payını götürdü və hiss etdi ki, texnikanın gücü ilə “göyün yeddi qatına” qalxsa belə, şəxsiyyətin və sözün ətəyinə çatmaq olmaz”.

Tarix
2017.02.20 / 16:58
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev UFC prezidentini qəbul etdi - Foto

Aprel döyüşlərində ermənilərə rəhbərlik etmiş generallar...

Xəzər dənizində nüvə təhlükəsi var - Zaxarova

Nə qədər ki, Rusiya və İranın başı qarışıb, Azərbaycan...

Pakistanlı diplomatlar İrandan Azərbaycana təxliyə edildi

Naxçıvan Nazirlər Kabineti Prezidentə tabe olacaq

Bakı “Rus evi” ilə bağlı cavab verməyib - Primakov

Əliyevlə Ərdoğanın İrəvan müzakirəsi: Nikolun etdikləri...

Azərbaycanla Türkiyənin qardaşlığı sarsılmazdır

Avstraliya Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla