Yuxarı

Onlar vəzifəsini itirdi, amma... - Zahid Oruc

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:49

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yeni strukturu təsdiqlənib. Baş verən son struktur dəyişikliyindən sonra müşavirlik insitutu ləğv edilib, əvəzində prezidentin köməkçisi vəzifələri yaradılıb.

Prezident Administrasiyasında baş verən dəyişikliyi millət vəkili Zahid Oruc Ölkə.az-a şərh edib:

"Referendum vasitəsi ilə Azərbaycan Respubilkası Konstitusiyasında aparılmış dəyişikliklər zamanı "Prezident aparatı" ifadəsi "Prezident Administrasiyası" ifadəsi ilə əvəz edilmişdi. Bu da özlüyündə mühüm məna daşıyırdı. Dünya praktikasında da Administrasiya daha geniş səlahiyyətləri hədəf edən,bütün siyasi, iqtisadi proseslərin önündə gedən bir strukturu ehtiva edir. Bu müxtəlif ölkələrdə departamentlər sistemi, səlahiyyətləri dəqiq müəyyənləşdirilmiş idarəetmə modeli deməkdir.

Bu dəyişiklik həm də Nazirlər kabinetinin fəaliyyətinin dəqiq çərçivəsini müəyyənləşdirir və hakimiyyət qolları arasında harmonikliyi təmin edir, koordinasiyaya şərait yaradır. Prezidentli ölkələrdə ali icra hakmiyyətinin səlahiyyətləri daha üstün bir şəkildə təsbit olunur. Yəni,Birinci şəxsin komandasının digər institutlar üzərində üstünlüyü qəbul edilməlidir. Parlamentli idaərçilikdəki çəkindirmə və balans funksiyasına burada ehtiyac qalmır.

Göründüyü kimi Administrasiyada qeyd olunan təyinatlar baş verdi. Dərin idarəetmə və güclü ideoloji iş təcrübəsinə malik olan Ramiz Mehdiyev başda olmaqla digər şəxslərin səlahiyyətlərinin geniş bir istiqamətdə təsdiq olunması o mənaya gəlir ki, prezident qarşıdakı dövrdə yeni mərhələyə keçidi bəyan edir. Bu fərqli bir dönəm deməkdir.

Azərbaycan buna qədərki dövrdə əldə olunmuş uğurlarla məhdudlanmır. Daha ambisiyalı proqramları qarşısına qoyur və prezidentin ən yaxın komandası olaraq Administrasiya bu proseslərdə önəmli rol oynayacaqdır.Siyasi ağırlıq mərkəzi dəqiq müəyyənliyə malik olanda heç bir funksional qarşıqlığa və ya səlahiyyətlərin toqquşmasına yer qalmır.

Dogrudur, kimlərsə vəzifəsinə təyinat almadı,lakin səbəblər haqqında mülahizə yürütümək istəyənlərin dəqiq məlumatlara malik olmadan xəyal qurmaları doğru deyil. Çünki dövlət başçısı siyasi kursunu gerçəkləşdirən zaman onu xarakterizə edən iki ali xüsusiyyəti hər zaman rəhbər tutub-ədalətlilik və müdriklik.Ona görə də əgər ölkə başçısı belə qərar veribsə, deməli dərin təhlillərdən çıxış edərək addım atıb. Hər kəs etimad limitini öz fəaliyyəti, təşəbbüskarlığı,liderin adını uca tutması və digər təsirlərə uymaması ilə qazanır və qoruyub saxlayır.

Bu hər kəs üçün bir siqnaldır ki, siyasi və icra hakimiyyəti sistemində aparılan mühüm dəyişikliklər eyni zamanda digər strukturlarda da aparılacaq".

Vitse-prezidentlik inistitutu və ona müxalif yanaşmalara kəskin etirazını söyləyən millət vəkili qeyd etdi ki, bu inistitut dövlət başçısının komandasının ayrılmaz hissəsidir və dövlətin gücünü artıran bir hadisədir:

"Bu da təbiidir,çünki Mehriban Əliyevanın liderlik keyfiyyətləri, çevikliyi, istedadı və hümanizmi dövlət idarəçilik sistemini daha da monolit edir. Ayrı-ayrı qüvvələr tərəfindən paralelçilik, ikimərkəzçilik haqqında təhlillərin əsassız olduğu bir daha sübuta yetirildi. Komanda vahiddir və hamının üzərində bir liderin iradəsi hakimdir. Ayrı-ayrı avtonom istəklər və siyasətlər haqqında gümanlar,yaxud mövqe savaşları haqda iddialar sosial gücü sarsılmış dairələrin hakimiyyət perspektivini bağladıqları qeyri-real fərziyyələrdir”.

Son olaraq Zahid Oruc bildirdi ki, 2017-ci ilin fərqli reallıqları var: "Cəmiyyət qarşısında çox mühüm vəzifələr var, iqtisidiyyatda mühüm dəyişikliklər aparılmaqdadır. Dövlət başçısı nəinki kimisə vəzifədən çıxarıb, eyni zamanda onlarla bağlı daha sərt qərarlar verib. Bir sıra nazir və nazirliklər çevrəsində aparılan məhkəmə prosesləri də buna sübutdur. Bununla dövlət başçısı cəmiyyətə mesajlar verir ki, o, öz komandasını hansı prinsiplərlə formalaşdırır. Zənn edirəm ki, sabitlikdən, mövcud olan təhlükəsizlik şəraitindən irəli gələrək Azərbaycanın bank sektorunda, iqtisadi sferada aparıcı məsələləri həyata keçirmək üçün daha çevik qurumlara, şəxslərə ehtiyacı var. Bunlar ötən dövr ərzində formalaşıb və prezidentin komandasının özəyini təşkil edir. Biz qarşıdakı dönəmdə siyasi, iqtisadi islahatların davamlılığını və onun gerçək nəticələrini görəcəyik. 2016-cı ildə bəlli səbəblərdən yaşanan tendensiyalar bir daha təkrarlanmayacaq".

Tarix
2017.06.02 / 15:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla