Yuxarı

Fazil Məmmədov dövrü bitdi: Yeni nazirdən gözləntilər

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərt vergi siyasətindən daha liberal və yumşaq vergi siyasətinə qədəm qoymaq çox vacibdir. Çünki postneft dövrünün çağırışları bunu tələb edir.

Bu sözləri Axar.az-a iqtisadçı alim Vüqar Bayramov Vergilər Nazirliyində vergi siyasətinin dəyişəcəyi gözləntiləri barədə danışarkən deyib. O bildirib ki, yeni nazirdən gözləntilər çoxdur:

“Bir neçə istiqamət üzrə dəyişikliklər ediləcəyini gözləyirik. Düşünürəm ki, ilk növbədə vergi siyasəti liberallaşacaq. Vergi dərəcələrinin optimallaşdırılmasına da ehtiyac var. Çünki Azərbaycanda vergi dərəcələri yüksəkdir. Xüsusən də əlavə dəyər vergisi, gəlir vergisi, mənfəət vergisinin dərəcələrinə baxılması və tənzimlənməsi hazırkı reallığın tələbidir”.

Ekspert qeyd edib ki, Azərbaycanda differensial əlavə dəyər vergisinin təbliğini uzun müddətdir gündəmə gətirirlər:

“Bununla bağlı təkliflər də vermişik. Düşünürəm ki, bunun qəbul edilib tətbiqinə başlanması çox vacib məsələdir. Azərbaycanda ƏDV dərəcələri differensiallaşdırılmalı və differensial vergi dərəcələri müəyyənləşdirilməlidir. Bu, həm də sektorların inkişafını tənzimləmiş olacaq. Eyni zamanda, Vergilər Nazirliyi ilə sahibkarlar arasındakı münasibətlərin daha sivil müstəvidə həyata keçirilməsi və insanların sahibkarlığa təşviq edilməsi istiqamətində vergi nəzarətinin təkmilləşdirilməsi məsələsi də gündəmdədir. Çünki postneft dövründə, eləcə də qeyri-neft sektorunun genişlənməsi üçün sahibkarlığın inkişafı olduqca həlledici məqam sayılır. Bu baxımdan yeni nazir üçün prioritet məsələlərdən biri də vergi orqanları və sahibkarlar arasındakı münasibətlərin təkmilləşdirilməsi istiqaməti olacaq”.

Ekspert vurğulayıb ki, digər məqam şəffaflığın artırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsidir:

“Daha şəffaf vergi sisteminin tətbiq edilməsi və həyata keçirilməsinə ehtiyac var. Bu istiqamətdə xüsusilə də elektron xidmətlərin dairəsinin genişləndirilməsi fonunda islahatların keçirilməsi vacibdir. Yeni rəhbərlik tərəfindən bu prioritetlər nəzərə alınsa, biz həm qeyri-neft sektorunun istehsal və ixrac imkanlarının artmasını, həm də sahibkarlığın inkişafını, eyni zamanda vergi bazasının genişləndirilməsini müşahidə edəcəyik”.

Qeyd edək ki, ötən gün prezident İlham Əliyevin sərəncamı ilə Vergilər naziri Fazil Məmmədov vəzifəsindən azad olunaraq onun yerinə Təhsil naziri Mikayıl Cabbarov təyin edilib.

Tarix
2017.12.07 / 14:55
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

Erməni yürüşçilərə güc tətbiqi... - DİN

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış tdi

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Paşinyan: Delimitasiya bu xəritələrlə aparılır

Azərbaycanla sərhəd dirəklərini artırmaq üçün...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla