Yuxarı

Sərkisyanın jurnalistlər qarşısında etirafı: Məğlubiyyət...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlumatların qəbulu, çeşidlənməsi, emalı və ötürülməsi baxımından məhsuldar il oldu: daşıyıcılarda hələ də öz növbəsini gözləyən kifayət qədər aktual faktlar var! Axın çox güclüdür, sıra seyrəlmir!

İnformativ dinamika yazı manerasından, obrazlı ifadə tərzindən tutmuş sətiraltı mənalaradək, hər şeyi ciddi nəzarəti altında saxlayır, mühafizəkar təbiətilə öz haqqını qoruyur və bu zaman oxucuların seyrəlmiş sırasına görə qəti məsuliyyət daşımır!

O indi əsas missiyasını sifarişçilərin intellektual imkanları arasında səxavətlə bölüşdüyünə görə həm özünü qalib sayır, həm də tribuna qıtlığı haqqında düşünmək haqqımızın altından qırmızı xətt çəkir!

Hadisələrin konfiqurasiyası ümumi kontrlarda kəskin redaktələrlə yadda qalsa da, əsas disbalans daxili harmoniyada yaşanan ciddi təzadlarla diqqəti çəkir. Ancaq obrazların səs tembri paylaşılan fikirlərin ümumi ahənginə xələl gətirmir!

Məsələn, jurnalistlərlə yeniilöncəsi ənənəvi görüşü zamanı Ermənistan prezidenti Serj Sərkisyan ciddi problemlərlə üzləşib və auditoriya qarşısında həqiqi siyasi, psixoloji durumunu gizlətməkdə çətinlik çəkib. Ancaq o da var ki, Serjik (ermənicə “balaca”) öz obrazına heç vaxt bu qədər yaxın olmayıb! Çünki dilindən çıxan hər bir kəlmə onu səhnə önünə həm də bu obrazın ən uğursuz ifaçısı kimi daşıyıb:

“Həqiqətən, ən çətin şey MƏĞLUBİYYƏTDİR: hamı bununla barışa bilmir!”

Serj Sərkisyanın jurnalistlər qarşısındakı bu etirafı nə qədər səmimi səslənsə də, erməni cəmiyyəti tərəfindən rəğbət doğuracaq yenilik kimi qarşılanmayıb. Əhali bu fikirləri şəxsən prezidentin öz dilindən eşitmək üçün onu uzun müddət siyasi, psixoloji, mənəvi təzyiq və təhdid altında saxlayıb.

Əhalinin həqiqi təpkiləri isə ölkənin bir sıra nüfuzlu sosial və siyasi institutları, qeyri-hökumət təşkilatları tərəfindən dəstəklənib. Məsələn, “Qafqaz barometri 2017” Ermənistanın tədqiqat resursları Qafqaz mərkəzinin son sorğusuna görə, Sərkisyanın komandasına əhalinin yalnız 9 faizi inanır:

“Faciə ondadır ki, insanlar həm mövcud vəziyyətə alternativ görmür, həm də ölkənin gəlcəyini təsəvvürünə gətirə bilmir! Çünki əhalinin ümidlə baxa biləcəyi hansısa bir hakimiyyət strukturu yoxdur! Cəmiyyətdə iqtidara qarşı total etimadsızlıq hökm sürür! Ermənistan – vətəndaşlarının siyasi perspektiv görmədiyi ölkədir! Bu isə öz növbəsində bir tərəfdən avtoritar rejimin, digər tərəfdən isə silahlı üsyan və terror riskinin artmasına gətirib çıxara bilər!”

Yəni, keyfiyyətsiz idarəetmə, korrupsiya, oğurluq və yoxsulluq halları nəyin bahasına olursa olsun, mövcud hakimiyyətdən yaxa qurtarmaq üçün əhalini bütün mümkün vasitələrə əl atmağa vadar edir. Serjikin bərkimiş ictimai rəyə təsir imkanları isə gündən-günə daralır. Hətta “Qarabağ kartı” ilə reallaşdırılan klassik gedişlər də indi effektiv görünmür!

Xəbər verildiyi kimi, dekabrın 25-i günorta saatlarında cəbhənin Ağdam istiqamətində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı məhv edilib. Ümumiyyətlə, son günlər düşmənin atəşkəs rejimini tez-tez pozması, kəşfiyyat xarakterli təxribatların artan dinamikası, xüsusilə dinc azərbaycanlıların məskunlaşdığı ərazilərin atəş sektoruna əlavə edilməsi və s. diqqəti əsas hədəfdən yayındırmaq məqsədi güdür.

Lakin erməni camiyyəsinin bu gedişlərə açıq-aşkar etinasız münasibəti ümidsizlik sindromunu daha da gücləndirir, Sərkisyanın gələcəklə bağlı düşüncələrində bir sıra ciddi redaktələri zərurətə çevirir. Bu isə öz növbəsində müdafiə sektoruna ən müasir və ən məxfi yeniliklərin tətbiqini Azərbaycan üçün həyati əhəmiyyət daşıyan amil kimi şərtləndirir. Çünki dalana dirənən yollar yalnız erməni xalqını deyil, elə Sərkisyanın özünü də hər çür təxribata əl atmağa vadar edə bilər!.. Ümumiyyətlə, Ermənistan iqtidarının ən böyük fiaskosu cəmiyyəti bir müzakirə subyekti kimi itirməsidir! İndi Sərkisyanın komandası ilə eyni masa arxasında oturmaq istəyən çox az adam tapılar. Çünki:

"Danışıqlar bəhrəsiz və mənasızdır! Ona görə də biz yenidən aclığa başlayırıq!"

Bu sözləri birinci informasiya kanalına müsahibəsində "Elmin tərəqqisi naminə" təşəbbüs qrupunun tələbə üzvü David Petrosyan deyib:

"Hakimiyyət vaxt udmaq, bununla da "Hərbi xidmət haqqında" qanunun imzalanmasına nail olmaq istəyir. Qanun imzalanandan sonra isə hər hansı bir danışığın heç bir əhəmiyyəti olmayacaq!!"

David Petrosyanı erməni gəncliyinin mühafizəkar və cəsarətli üzvi saymaq olmaz. Başqalarından seçilmir. Yeni nəslin adi bir nümayəndəsidir. O üzdən ultimatum xarakterli bu etiraz notası həm də gəncliyin əsas kütləsi üçün xarakterik sayıla bilər.

Yəni, köhnə nəsillə yeni nəsil arasında yaranan ideoloji uçurum nə qədər böyüyürsə, “Qarabağ kartı” ilə reallaşdırılan klassik gedişlər də bir o qədər blokadaya alınır! Bu nəsil hərbi xidmət haqqında qanuna dəyişiklərə etiraz etməklə, əslində, ümumiyyətlə hərbi xidmətdən boyun qaçırmaq niyyətini ortaya qoyur. Çünki onlardan ötrü Qarabağ heç bir siyasi, mənəvi və psixoloji əhəmiyyət daşımayan yükdür! Erməni gəncliyi bu artıq yükü öz çiyinindən birdəfəlik atmaq, dinc şəraitdə yaşamaq istəyir!

Həyat isə bundan ötrü yetərincə ipucu verir. Orduda artan neqativlər gəncliyi öz ideallarına günbəgün yaxınlaşdırır. Qarabağ ermənilərilə İrəvan erməniləri arasındakı irqi ayrı-seçkiliyin, zorakılıq, qətl hallarının artması isə narıncı təhlükənin yaxınlaşması ehtimalını daha da artırır.

"Orduda ölüm səbəblərinin əsas günahkarı yerində olmayan, əyyaşlıqla gün keçirən zabit heyətidir. Ancaq səbəb yalnız bu deyil. Bizim üç strukturumuz var: Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi, İstintaq İdarəsi və Prokurorluq! Bu strukturlar cinayəti araşdırıb günahkarları tapmaq əvəzinə, qətl hadisələrini gizlədir, onları "özünəqəsd" kimi sənədləşdirir".

Bu sözləri isə Ermənistanın birinci informasiya kanalına son müsahibəsində hərbi ekspert Ruben Martirosyan deyib:

"Ermənistan ordusunda başıpozuqluq hökm sürür. Özbaşınalıq dərinləşdikcə, ölüm hallarını gizlədənlər daha da harınlaşır. Ancaq prokurorluğun çəkməsi altında qalan orqanlar cinayətlərin qarşısını ala bilmir! Ali dairələrdə qanun-qayda bərpa olunsa, orduda da vəziyyət dəyişəcək! Məsələn, Baş Qərargah rəisinin müavini Aykaz Bağmanyan o qədər cinayətlər törədib ki, bir-bir sadalamağa çətinlik çəkirəm. Lakin onun ordudan kənarlaşdırılması buna görə deyil. Aykaz Bağmanyan ordudan siyasi motivlərə (!) görə qovulub!"

Ordu sistemində siyasi motivlərin yer alması Ermənistan silahlı qüvvələrinin mövcud durumu haqqında daha obyektiv rəy formalaşdırmaq və məxrəcləri müəyyənləşdirməkdə strateji rol oynayır. Siyasi müstəvidə itirilən mövqelər sosial-ictimai sferalarda həndəsi silsilə şəklində şaxələnən narazılıqlarla tamamlanır. Xüsusilə Azərbaycan Ordusunun artan müdafiə qüdrətilə bağlı tez-tez təkrarlanan fikirlər narazılıqların ümumi şiddətini daha da gücləndirir! Bu mənada rusiyalı siyasi şərhçi Maksim Şevçenkonun beynəlxalq simpoziumdakı çıxışı xüsusilə yaddaqalan olub:

“Aprel döyüşləri Ermənistan ordusunda silahlanma və döyüş hazırlığı sahəsindəki ciddi problemləri üzə çıxardı. Əgər Azərbaycan dayanmasaydı, Allah bilir, hadisələrin sonrakı inkişafı necə olacaqdı!”

Digər rusiyalı hərbi ekspert Pavel Felgenhauerin 1in.am saytına verdiyi müsahibəsində yer alan fikirlər isə bütövlükdə erməni xalqının yuxusunu ərşə çəkib:

“Bu gün Azərbaycan ordusu bəzi parametrlərinə görə nəinki Ermənistanın, hətta Rusiyanın Silahlı Qüvvələrini geridə qoyur!”

Lakin bütün bunlar arxayınçılığa əsas vermir. Azərbaycan ümumi balansı qorumaq və təşəbbüsü əldə saxlamaq məqsədilə birinci cəbhədə insan kapitalı ilə bağlı resurslarını daha da genişləndirməli, ikinci cəbhədə isə ordunun maddi-texniki təminatına ayrılan vəsaiti bir qədər də artırmalıdır. Bu zaman dayanıqlı tərəqqini təmin edən iki böyük qütb - beyin mərkəzlərilə yaradıcı potensial arasındakı rabitəni yaddan çıxarmaq olmaz. Çünki strateji və taktiki tarazlığı yalnız çevik düşüncə tərzinə, yaxud düşüncə işgüzarlığına malik hazırlıqlı insanların beyin məhsulları hesabına qorumaq mümkündür.

Bu sırada ən vacib məsələlərdən biri də informasiya təhlükəsizliyidir. Son dövrlərdə orduya ümumi nəzarət sahəsində həyata keçirilən ciddi kadr islahatları gələcəkdə qazanılacaq uğurların daha böyük miqyasda cərəyan edəcəyinə ümidləri artırır. Silahlı Qüvvələrimizdə nizamnamədən kənar halların, korrupsiyanın, vəzifə səlahiyyətlərindən sui-istifadənin, ölümlə nəticələnən cinayətlərin sayı minumuma endirilib. Bölmələrin döyüş hazırlığı isə “həyacan siqnalı” səviyyəsinə etap edilib.

İndi bizim qarşımızda dayanan əsas məsələ soyuq müharibə cəbhəsində ordumuza mobil və çevik dəstək verməkdən ibarətdir. Qələbə - düşməni ilk növbədə total psixoloji təzyiq altında saxlamaqdla qazanılır. Yəni müharibənin başlaması riskini hər an real həddə yaxınlaşdırmaqla düşməni öz mövqelərindən hər gün bir az da geri çəkilməyə vadar etməliyik.

Aprel döyüşləri bu təcrübənin necə böyük əhəmiyyət daşıdığını bir daha sübut etdi. İndi Ermənistan camiyyəsində APREL - tünd qara rəngə boyanmış xüsusi statuslu ay kimi xatırlanır, Aprel döyüşlərinin əks-sədası isə hələ də kəsilmək bilmir!..

Tarix
2018.01.04 / 10:21
Müəllif
İbrahim Rüstəmli
Şərhlər
Digər xəbərlər

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla