Yuxarı

Putindən mühüm addım: ABŞ bu ölkə ilə üz-üzə qalacaq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Görüşdə bir çox önəmli məsələ ilə bağlı dərin müzakirələr aparılıb.

Bu sözləri Axar.az-a Putin-Merkel görüşünün yekununu şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq sözügedən görüşdə müzakirə edilən ən önəmli məsələlərdən birinin məhz rus qazının Avropaya nəqli ilə bağlı olduğunu düşünür:

“Bu məsələdə Almaniya ilə ABŞ arasında ciddi fikir ayrılığı var. Hazırda ABŞ və bəzi Avropa ölkələrinin Rusiyaya qarşı sanksiyaları hökm sürür. ABŞ Almaniyadan Baltik dənizinin dibindən ikinci boru xəttinin çəkilməsinə icazə verməməyi tələb edir. Vaşinqton hətta digər Avropa dövlətlərini də bu prosesə vadar etmək istəyir. Ancaq son zamanlar ABŞ-ın Türkiyəyə sanksiyalar tətbiq etməsi fonunda vəziyyət daha da gərginləşib. Almaniya Türkiyə və İranla münasibətdə də ABŞ-ın mövqeyinin əleyhinə gedir. Bu isə artıq Almaniya ilə ABŞ arasında münasibətlərin xeyli gərginləşdiyinə dəlalət edir. Halbuki hər iki dövlət NATO-da təmsil olunurlar. NATO və ABŞ-ın isə əsas hədəfi Rusiyanın zəiflədilməsidir. Əgər Almaniya bunu müdafiə etməsə, ABŞ-la üz-üzə gəlməli olacaq”.

Politoloq bildirib ki, Rusiya ABŞ-ın tətbiq etdiyi sanksiyaları zəiflətmək üçün Almaniyadan savayı, ayrı-ayrı ölkələrlə də danışıqlar aparır:

“Putin hər vasitə ilə çalışır ki, ABŞ-la Avropa yekdil cəbhədən çıxış etməsin və bu fonda da Rusiyaya yönəlmiş sanksiyaların gücünü zəiflətsin. Rusiya müəyyən mənada bu istəyinə nail olur. Zənnimcə, Almaniya ABŞ-ın tələbinə baxmayaraq, Rusiya ilə danışıqlarda əsas diqqəti Baltik dənizindən çəkiləcək ikinci xətlə bağlı müqavilələrə yönəldib. Yəqin ki, ruslar da Almaniyanı razı salmaqla yanaşı, sanksiyalar məsələsini də müzakirə ediblər. Almaniya Baltik dənizindən ikinci boru kəmərinin çəkilməsinə razılıq versə, bu, NATO daxilində ciddi ixtilaflara gətirib çıxara bilər”.

Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkel ilə Berlində bir araya gəlib.

Tarix
2018.08.20 / 14:30
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla