Yuxarı

Azərbaycandan Fransaya etiraz notası

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Fransadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib.

Report-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın Fransaya səfərinə münasibət bildirərkən deyib.

"Bu barədə artıq XİN qəti və konkret açıqlama verib. Azərbaycan Fransanın - BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü və Minsk qrupunun həmsədr qismində çıxış edən bir ölkənin işgalçı dövlətin və işgalçı rejimin nümayəndəsinə səfər etmək imkanını və bu səfər çərçivəsində müəyyən görüşlərin təşkilinə şərait yaratmasını bir növ işğalçı rejimin təşviqinə xidmət edən bir addım kimi qiymətləndirir. Və fikirləşirik ki, Fransanın bu addımı onun obyektivliyini və qərəzsizliyini ciddi şübhə altına alır. Fransanın bu addımı ilə əlaqədar Azərbaycanın Parisdəki səfirliyi tərəfindən Fransa Xarici İşlər Nazirliyinə etiraz notası təqdim olunub", - Leyla Abdullayeva deyib.

Tarix
2018.11.17 / 13:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla