Yuxarı

Rus tədqiqatçı erməni tarixini alt-üst etdi - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus tədqiqatçı erməni tarixini alt-üst etdi - Video

Tədqiqatçı Oleq Petrenko Azərbaycan və Ermənistana dair tarixi xəritə və faktlardan bəhs olunan araşdırmasının ikinci hissəsini Yutub kanalında paylaşıb.

Axar.az xəbər verir ki, bu dəfə tədqiqatçı daha qədim tarixə malik fakt və xəritələri araşdırıb.

Petrenko bildirib ki, Osmanlı İmperiyasının süqutunun başladığı vaxtlarda onun ərazisində “Qərbi Ermənistan Administrasiyası” kimi bir çox dövlətlər yaranıb.

“Beləliklə, yarı-müstəqil Ermənistan dövləti yalnız 1915-ci ildə yaranır. Rusiya qoşunları Qərbi Ermənistan Administrasiyasını tərk etdikdən sonra bu dövlət Azərbaycan və Gürcüstanın da daxil olduğu Zaqafqaziya Federativ Respublikasına çevrilir. ZFR bir aydan daha az mövcud oldu və dağıldı. Onun ərazisində Gürcüstan, Azərbaycan, Ermənistan dövlətləri yarandı”, - tədqiqatçı bildirib.

Petrenko 1705-ci ilə aid xəritədə fransız kartoqrafın onun araşdırdığı ölkələrin bütün bölgələrini ideal şəkildə təsvir etdiyini qeyd edib.

“Bu xəritədə Ermənistana yer verilməyib. Azərbaycan və İran Persiya bölgələri kimi qeyd olunub. Hətta daha sonrakı xəritələrdə də İrəvan, Şəki, Dərbənd, həmçinin Ararat dağları İran və Azərbaycan ərazisi olaraq göstərilir. 1847-ci ilə aid xəritədə isə Türkiyə və İran kimi dövlətlər göstərilib. Artıq bu xəritədə Azərbaycan İrandan ayrı şəkildə yenidən İrəvan və Ararat dağlarının da ərazilərinə daxil olduğu müstəqil dövlət kimi göstərilib”, - Petrenko bildirib.

Onun sözlərinə görə, 1862-ci ilə aid “Antik və yeni Persiya” kitabının 21-ci səhifəsində Azərbaycana aid xatırlatmaya rast gəlmək olar. Burada ölkənin əvvəllər Atropatena adlandırıldığı qeyd olunur.

“Öz növbəsində Suriya dilində Atropatena sözü məhz Azərbaycan kimi səslənir. Beləliklə, Manna və Atropatena kimi qədim sivilizasiyalar bizim eradan əvvəl birinci minillikdə Azərbaycan ərazisində yaradılıb”, - Petrenko deyib.

Qeyd edək ki, xəritədə açıq mənbələrdən əldə olunan rəsmi məlumat və beynəlxalq səviyyədə qəbul edilən dünya xəritələrindən istifadə olunub.

Xatırladaq ki, saytımızda yayımlanan ilk videoda Petrenko 1723-cü ilə aid xəritədə İrəvanın tamamilə Azərbaycan ərazisində göstərildiyini açıqlamışdı.

Tarix
2018.12.25 / 15:36
Müəllif
Əli, Orxan
Digər xəbərlər

Paşinyan qələbəyə inamla irəliləyir: Bakı ilə sülh sazişi...

Azərbaycanı, Ermənistanı dəstəkləmək lazımdır - Zelenski

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəfində

Azərbaycan Britaniya üçün vacib tərəfdaşdır - Nazir

Yaxın vaxtlarda Bakı ilə bu işlərə başlayacağıq - Paşinyan

Paşinyanın reytinqi Rusiyanı dəli etdi - Son sorğu

İlham Əliyev Zoran Milanoviçi təbrik etdi

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla