Yuxarı

Prezidentin Qarabağ mesajı: Xankəndinə gedən yol...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin Qarabağ mesajı: Xankəndinə gedən yol...

Dövlət başçısı Azərbaycan Ordusunun 2018-ci ildə əldə etdiyi uğurları təsadüfən xatırlatmadı.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Yeni il təbrikində Dağlıq Qarabağla bağlı çıxışını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, ötən il Azərbaycan Ordusu çox önəmli uğurlara imza atdı:

“Belə ki, ordumuz Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində ümumi həcmi 11 min hektardan çox olan neytral zonaya nəzarəti ələ keçirdi. Bu ərazilər münbit torpaqlardan ibarət olmaqla bərabər, eyni zamanda, xüsusi strateji əhəmiyyətə də malikdir. Günnüt kəndi və Qızılqaya silsilə yüksəkliyinin çox böyük strateji əhəmiyyəti var. Çünki həmin ərazilərdən Ermənistanın az qala yarısına, kommunikasiya xətlərinə və yol infrastrukturlarına nəzarət etmək mümkündür. Hətta bu ərazidən Ermənistandan Xankəndiyə gedən yola da nəzarət etmək və oranı atəş altında saxlamaq olar. Təkcə Qızılqaya yüksəkliyi İrəvana sarsıdıcı raket və artilleriya zərbələri endirməyə imkan verir.

Azərbaycan Ordusunun 2018-ci ildə Naxçıvanda keçirdiyi əməliyyatlar nəticəsində həmin ərazilər tam infrastrukturla təmin edilib, orada bir neçə post tikilib, lazımı bütün döyüş silahları və əsgəri heyət yerləşdirilib. Beləliklə, Azərbaycan Ordusu həmin neytral ərazilərə tamamilə nəzarət etməsi nəticəsində çox böyük strateji üstünlüklər əldə edə bilib. Bu baxımdan da hesab edirəm ki, dövlət başçısı Azərbaycan Ordusunun 2018-ci ildə əldə etdiyi uğurları təsadüfən xatırlatmadı. Əldə olunan nailiyyətlər müharibə baş verəcəyi təqdirdə Azərbaycan Ordusunun uğurlu əməliyyatlar aparmasına yol açacaq”.

Tarix
2019.01.02 / 08:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla