Yuxarı

Qarabağla bağlı ilk dəfədir ki... - De Vaaldan sensasiya

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağla bağlı ilk dəfədir ki... -

Son bir neçə ildə ilk dəfədir ki, Qarabağ danışıqlarında irəliləyiş müşahidə olunur.

Bu sözləri britaniyalı jurnalist və yazar, Karnegi Beynəlxalq Sülh Fondunun təhlilçisi, Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssis Tomas de Vaal 2019-cu ildə Dağlıq Qarabağ konflikti istiqamətində hansı dəyişikliklərin gözlənildiyi haqda Axar.az-a danışarkən deyib.

Ekspertin sözlərinə görə, xarici işlər nazirlərinin Paris görüşü bu cəhətdən xüsusi əhəmiyyət kəsb edir:

“Sözügedən görüşdən sonra ATƏT-in həmsədrləri olduqca həvəsləndirici (ümid vəd edən) bəyanatla çıxış etdilər. Bu tipli bəyanatı sonuncu dəfə mən 2011-ci ildəki Kazan görüşündən sonra müşahidə etmişdim. Nə dəyişdi?

Aydındır ki, Ermənistanda legitimliyi olan və rəhbərləri 1990-cı illərin müharibəsində birbaşa iştirak etməyən bir hökumətin hakimiyyətə gəlməsi dinamikanı dəyişdi.

Azərbaycan tərəfi də Qərb tərəfdaşlarına müsbət təkliflər irəli sürə bildiyini sübuta yetirmək istəyir. Həmsədrlərin bəyanatında ən maraqlı məqamlardan biri də nazirin “əhalini sülhə hazırlamaq üçün konkret tədbirlərin görülməsinin zərurəti” ilə razılaşması faktı oldu.

Bu yeni bir şeydir - sülh razılaşmasının kağız üzərində iki liderin imzası ilə deyil, həm də erməni və Azərbaycan xalqlarının dəstəyini tələb etdiyinin etirafıdır.

Bütün bunları vurğuladıqdan sonra bir az realist olmalıyıq. İki tərəfin də mövqeyi hələ də çox uzaqdır. Onlar təxminən iki il yarım müharibə astanasında idi.

Mən bunu vəziyyəti sabitləşdirmək və sülh prosesinin yenidən başlanğıcı üçün atılmış hər hansı bir addımdan daha güclü olduğunu düşünürəm”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşündən sonra Azərbaycan Xarici İşlər Nazirliyi "faydalı və çox müsbət fikir mübadiləsi aparıldığını” bəyan edib.

XİN-nin sözçüsü Leyla Abdullayeva "BBC Nyus Azərbaycanca"ya deyib ki, çərşənbə günü iki ölkənin xarici işlər nazirləri Paris görüşündə "ölkə əhalisini sülhə hazırlamaq üçün konkret tədbirlərin görülməsinə ehtiyac duyulması barədə” razılaşıblar.

Tarix
2019.01.21 / 11:46
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

Deputatlarımız bu türk ölkəsində seçkiləri müşahidə edəcək

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla