Yuxarı

Yarım milyard vəsait nəzərdə tutulub, icra olunmur - Palata

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yarım milyard vəsait nəzərdə tutulub, icra olunmur - Palata

2025-ci ilin dövlət büdcəsində dörd mədaxil mənbəyində azalma nəzərdə tutulur.

Axar.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələlərinin birgə iclasında 2025-ci ilin büdcə müzakirəsi zamanı deyib.

O bildirib ki, cari ildə də dövlət əsaslı vəsait qoyuluşu xərclərinin icrasında müəyyən problemlər var:

“Təhlillərimiz əsaslı vəsait qoyuluşu xərclərinin icrasında cari ildə də müəyyən problemlərin olduğunu deməyə əsas verir. Cari ilin doqquz ayında bu istiqamətdə illik proqnozun 47,7 faizi icra edilib. Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən 38 sifarişçi üzrə 360 layihənin maliyyələşdirilməsi nəzərdə tutulub.

2024-cü ilin 9 ayında 19 sifarişçi üzrə icrası 25 faizdən aşağı olan 130 layihəyə illik nəzərdə tutulan 494,7 milyon manat vəsaitə qarşı icra 6,9 milyon manat və ya 1,4 faiz təşkil edib.

Bu layihələrin tərkibində 19 sifarişçi üzrə 108 layihənin maliyyələşməsi üçün illik nəzərdə tutulmuş 404,4 milyon manata qarşı 9 ayda, ümumiyyətlə, icra olmayıb”.

Tarix
2024.11.20 / 12:58
Müəllif
Axar.az
Digər xəbərlər

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla