Yuxarı

ABŞ yardımı kəssə... - Zelenski etiraf etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ yardımı kəssə... - Zelenski etiraf etdi

ABŞ yeni prezident Donald Trampın dövründə Ukraynaya hərbi yardımı kəsmək qərarına gəlsə, o zaman müharibədə uduzacağıq.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın "Foks Nyus" kanalına müsahibəsində deyib.

"Əgər kəssələr, məncə, uduzacağıq. Təbii ki, hər halda mübarizəmizi davam etdirəcəyik. Bizim öz istehsalımız var, ancaq üstünlüyə malik olmaq üçün kifayət deyil. Məncə, sağ qalmaq üçün də kifayət deyil. Amma ABŞ-ın seçimi bu olsa, o zaman nə etməli olduğumuza qərar verəcəyik", - Zelenski bildirib.

“Trampın Rusiya Prezidenti Putinə təsir edəcəyinə və müharibəni dayandıracağına inanırsınızmı" sualına Zelenski belə cavab verib:

"Bu, asan olmayacaq, amma ABŞ bütün rıçaqlarından istifadə etsə, bəli, bunu edə bilər. Çünki o, Putindən qat-qat güclüdür. ABŞ daha güclüdür. Onların iqtisadiyyatı güclüdür. ABŞ prezidentinin gücü və silahı var. Və o, enerji resurslarının qiymətlərini aşağı sala bilər. Yeri gəlmişkən, mətbuatda Prezident Trampdan siqnallar eşitdim ki, o, enerji resurslarının və neftin qiymətlərini azaltmaq barədə düşünür, bunu etmək lazımdır".

Tarix
2024.11.20 / 13:51
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” oteli…

Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib?

Bakının bu görüşlərə tamhüquqlu iştirakçı kimi qoşulması...

İlham Əliyev "Manas" ordeni ilə təltif edildi - Foto

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gəlir

Azərbaycan Qırğızıstana nələr satıb? – 24 ədəd maşın...

Liderlərin Çolpon-Ata şəhərində qeyri-rəsmi görüşü keçirildi

Prezident və xanımının şərəfinə dövlət ziyafəti verildi

Prezidentlərin iştirakı ilə iclas keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla