Yuxarı

Bu təşkilata üzv olmalı, böyük islahata başlamalıyıq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu təşkilata üzv olmalı, böyük islahata başlamalıyıq

Çox istərdim ki, 2025-ci il böyük islahatlar ili olsun. Çünki ölkəmizin qarşısında iri maliyyə tutumlu ciddi layihələrin icrası dayanır. Bizə təhlükəsizliyimizi, əhalinin sosial müdafiəsini gücləndirmək üçün iqtisadiyyatımızı sürətlə böyütmək, büdcə gəlirlərini dəfələrlə artırmaq lazımdır. Buna isə ciddi islahatlar aparmadan nail olmaq mümkün deyil.

Axar.az xəbər verir ki, bu sözləri ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev 2025-ci ildən gözləntiləri ilə bağlı deyib.

“Hökumətin Milli Məclisə təqdim etdiyi sənədlərdən də görünür ki, neft gəlirləri ilbəil azalacaq. Ölkəmizdə islahatların uğurla həyata keçirilməsi üçün böyük ictimai dəstəyə malik Prezident, sabitlik və bu işin öhdəsindən gələ biləcək komanda mövcuddur. Qalır bu işə nə vaxt başlayacağımız. Ciddi maliyyə sıxıntıları ilə üzləşməyimizi gözləmədən Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmalı, dövlət müəssisələri özəlləşdirilməli, böyük islahatlara başlamalıyıq”, - millət vəkili bildirib.

Tarix
2024.11.20 / 13:24
Müəllif
Axar.az
Digər xəbərlər

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla